Accessibility links

Suriyanın Həma və Dəraa şəhərlərində toqquşmalar davam edir


Suriya fəalları Həma şəhərində bu gün yenidən atışmaların qeydə alındığı barədə məlumat verib. Dünən bu şəhərdə BMT müşahidəçilərinin avtomobilinin yaxınlığında yolun kənarına yerləşdirilmiş bombanın partlamasından bir az sonra odlu silahdan açılan atəş nəticəsində 20 nəfər öldürülmüşdü.

Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, atışmalar mərkəzi Xan Şeyxun regionunda baş qaldırsa da, kimlərin atəş açması bəlli deyil.

Qrup habelə Dəraa şəhərindəki qaçqın düşərgəsində təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində ən azı 3 nəfərin öldüyünü deyib.

Bununla yanaşı, bəzi BMT müşahidəçiləri dünən avtomobilləri baş vermiş partlayışdan sonra yararsız hala düşdüyü üçün gecəni Xan Şeyxunda üsyançıların mühafizəsi altında keçirib.



XS
SM
MD
LG