Suriyalılar dünən qoşa partlayışlar nəticəsində 55 adamın ölməsindən sonra bu gün kütləvi etiraz aksiyaları keçirir. Dünənki partlayış 14 ay hökumətə qarşı mübarizə aparan qüvvələrin həyata keçirdiyi ən böyük hücumdur.
Dünən Dəməşqdə baş vermiş bu partlayışlar da BMT müşühidə missiyası Suriyada atəşkəsə nəzarət etmək üçün gəlməsindən sonra qeydə alınan hücumlardandır. Atəşkəs razılığı aprel ayında beynəlxalq elçi Kofi Annanın vasitəçiliyi ilə əldə edilib.
Suriya hökuməti bu gün BMT Təhlükəsizlik Şurasını terrorizmlə mübarizədə addım atmağa çağırıb.
Dövlət mediası bildirir ki, hökumət Təhlükəsizlik Şurasına və BMT baş katibi Ban Ki-Muna yazılı müraciət edib. Müraciətdə deyilir ki, "cinayətlərin baş qaldırması" Suriyanın xaricdən dəstək alan qruplar tərəfindən terror hücumları ilə üz-üzə qaldığına sübutdur.