Baku İdeaLabda Dreamers' Lab 2 proqramı daxilində gender komandasının təşkilatçılığı ilə "Femstore" layihəsi həyata keçirilib.
Salaam açıq məkan çərçivəsində, “O qadın” qısametrajlı sənədli filminin nümayişi keçirilib. Filmin rejisoru Orxan Adıgözəlov, ideya müəllifləri Sevda Sultanova və Aygün Aslanlıdır.
Baku İdea Lab-da gender mövzusunda İnsan Kitabxanası layihəsi həyata keçirilib. İnsan Kitabxanası elə bir məkandır ki, burada könüllü "kitablar" öz hekayələrini cəmiyyətin üzvləri olan "oxucular" ilə bölüşürlər. Tədbirdə 7 canlı kitab və 30-dan çox oxucu iştirak edib.
Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan `xeberman`.com saytının redaktoru Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim növbəti məhkəmə iclasını fevralın 27-nə təyin edib.
Sevil Yusifova 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, həm seçkiqabağı, həm də seçki günündə məntəqələrdə baş verən qanun pozuntuları ilə bağlı Amerikanın səsinə danışıb.
Fevralın 21-i bir neçə deputatlığa namizəd və ictimai fəallar MSK qarşısında etiraz aksiyasını davam etdirib. Bu gün seçki nəticələrinə etiraz aksiyalarının 6-cı günüdür. Bəzi aksiya iştirakçıları artıq MSK qarşısında etirazlarına son verdiklərini bildiriblər.
Fevralın 20-si deputatlığa namizədlər və ictimai fəallar Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirib. Bu gün seçki nəticələrinə etiraz aksiyalarının 5-ci günüdür. Aksiya iştirakçıları polis təzyiqi ilə üzləşib.
Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim növbəti məhkəmə iclasını fevralın 24-nə təyin edib.
Bakının "Dendroloji Park" adlanan ərazisində Əminə Məmmədovanın təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib."Sevgindən dünya faydalansın" adlanan aksiyada Əminə Məmmədova və dostları 20-dən çox ağac əkib.Əkilən ağacların yanında yerləşdirilən löhvəciklərdə hər kəs öz sevdiyi şəxsin adını qeyd edib.
Fevralın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBIA) ölkəmizdə “Biznes və peşəkar assosiasiyalara dəstək” adlı yeni təşəbbüsün başlanması ilə bağlı tərəfdaşlıq sammiti keçiriblər.
Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə proses davam etdirilib. Növbəti məhkəmə iclası fevralın 20-də olacaq.
Fevralın 17-də Bakıda Sabunçu rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
76 saylı Lənkəran - Astara seçki dairəsindən deputatlığa namizədliyini verən Xalid Bağırov 9 fevral seçkilərinin nəticələri ilə bağlı brifinq keçirib. Tədbirdə ATƏT və KİV nümayəndələri iştirak edib.
Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakin Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə proses davam etdirilib. İclas qapalı rejimdə keçirilib, bu barədə Aslanovun həyat yoldaşı bildirib.
Fevralın 10-da Müsavat partiyasının başqanı Arif Hacılı 9 fevral seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O, konfransda deyib ki, Müsavat partiyasının müşahidəçiləri seçki prosesini izləyib və bir sıra qanun pozuntuları qeydə alıblar.
Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Müstəqil namziəd kimi növbədənkənar parlament seçkilərinə qatılan Erkin Qədirli seçkilər barədə verdiyi şərhində Yasamal seçki dairəsində səsvermənin digər məntəqələrdən fərqli olaraq çox səliqəli keçdiyini deyib. O bildirib ki, 29 dairənin hər birində 2 müşahidəçi iştirak edib.
Bir qrup etirazçı Bakının Qış Parkı ərazisində seçkilərin saxtalaşdırıldığını iddia edərək aksiya keçirib. Onlar "İstefa" - deyə, qışqırıblar. Polis onlardan dağılışmağı tələb edib.
Mehman Hüseynov: "Mən əminəm ki, Prezident gəlib desə idi ki, bu səhvdi, siz ona belə cavab verə bilməyəcədiniz."
Yanvarın 31-də Müsavat Partiyasının fəalları Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 136-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsi önünə toplaşıblar.
Daha çox yüklə