İslam Tahirov 1964-cü ildən pinəçi işləməyə başladığını deyir. Atası çəkməçi olub, uşaq yaşlarında onun yanında ayaqqabı sexində çalışıb, daha sonra bir müddət dərzi kimi də işləyib. Hazırda isə o, düymə düzəldir, kəmər hazırlayır və cırılan çantaları təmir edir.