2022-ci ildə başlamış Rusiya-Ukrayina müharibəsi zamanı Ukraynada yaşayan azərbaycanlı iş adamlarının bizneslərində ağır bir durum yaşanır. Odessa vilayətində yaşayan əslən Cəlilabad rayonundan olan Fazil Quliyev müharibə başlayan anda üzləşdiyi çətinliklərdən danışdı.
Azərbaycan əsilli ukraynalı döyüşçü Hacı Məmmədov döyüş yolu haqda danışıb. Ən qızğın döyüşlərin getdiyi Buça, Mariupol, Xerson, Baxmut döyüşlərində iştirak edən Məmmədov ilk gündən müharibəyə qoşulduğunu bildirib.
Odessada “7-ci Kilometr” bazarında şəxsi biznesi olan iş adamı Sadiq Abbasov insanların müharibədən əvvəlki durumu və sonrakı vəziyyəti haqda danışıb. Əslən Ağcabədidən olan Sadiq Ukraynanı ikincı vətəni hesab edir və qaçqınlara və məcburi köçkünlərə kömək etməyi özünə borc bildiyini söyləyir.
Ukraynada döyüşən müsəlman əsgərlərinin birləşməsində, dinc həyata uyğunlaşmasında, sosial məsələlərin həllində kömək məqsədi ilə Kyivdə Avropada ilk olaraq Müsəlman Veteran Məkanının açılışı olub.
Ukraynanın azadlığı və müstəqilliyi uğrunda gedən döyüşlərdə yüzlərlə azərbaycan əsilli ukrayna vətəndaşları iştirak edir. Lakin müharibədə həlak olanların sayı da az deyil. Ukrayna vətəndaşı olan Emil Ağabəyov avqustun 24-də Xarkiv vilayətində gedən döyüşlərdə həlak olub.
Rusiyanın əsas hücum hədəflərindən biri olan Odessada 2 azərbaycanlı bərbər müharibənin ağır günlərində belə Ukraynada yaşayır və öz iş fəaliyyətini davam etdirirlər. Onlar hərbçilər başda olmaqla çətin vəziyyətdə qalan mülki insanlara yardım göstərirlər.
Odessa şəhərində Ukraynanın Müstəqilliyinin 33-cü ildönümünə həsr olunmuş və Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə “Ataman Boxing Promotion” şirkəti tərəfindən üçüncü peşəkar boks turniri keçirildi. Turnirdə toplanan bütün vəsait Ukrayna silahlı qüvvələrinə yönəldiləcək.
Ukraynada gedən hərbi əməliyyatlar nəticəsində qaçqın düşən mülki şəxslərin bir hissəsi Ukraynanın nisbətən sakit regionlarında qaçqın düşərgələrində məskunlaşıblar. Bu sığınacaqlardan biri də İrpen şəhərində yerləşir. Düşərgədə mobil evlər quraşdırılıb.
Bir ölkənin tarixi onun muzeylərində həkk olunur və bu muzeylər vasitəsilə məlumatlar gələcək nəsillərə ötürülür. Bəzi ölkələrdə mövcud olan tarixi muzeylər o ölkələrin simvoluna çevrilir. Belə muzeylərdən biri də Kyivdə yerləşən Ukrayna Milli Tarixi Muzeyi Memorial kompleksidir.
Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan Ukraynada yaşayan azərbaycanlılar da müharibədə döyüşməyə başladı. Əslən Ağstafadan olan Ukrayna vətəndaşı Rəhim Xəlilov müharibənin ilk günündən özünü borclu bilərək könüllü olaraq orduya qoşulub.
Tammiqyaslı işğalın başlaması ilə Ukrayna kinosu çətin vəziyyətdə qalıb. Əvvəllər çəkilişlərin aparıldığı bir çox ərazilər işğal olunub. Çətinliklərə baxmayaraq, kinorejissor Andrey Vakulik və aktyorlar Valentin Sudak və Yaroslav Malçev filmlərini Çerniqovda genişmiqyaslı işğal zamanı yaradıblar.
Kyivdə yeni salınmış "Azovstal dalğası" adlı körpü 2022-ci ildə Azovstal zavodunda istehsal olunan sonuncu metaldan hazırlanıb. Mariupol atəş altında olarkən metal zavoddan çıxarılıb. Ukraynalıların fikrincə körpü Azovstal zavodunun və onun qəhrəman müdafiəçilərinin xatirəsinə çevrilib.
Politoloq Qulu İbrahimov Rusiyanın Ukraynaya hücumunu şərh edir
Ukrayna Müdafiəçilərinin, İdmançılarının və Sahə İşçilərinin ÜmumUkrayna Həmkarlar İttifaqının yaranmasının ildönümünü qeyd edilib. Buna görə də bayram münasibətilə təntənəli yığıncaq keçirildi, həmkarlar ittifaqı üzvlərinə mükafatlar və müxtəlif hədiyyələr təqdim olundu.
Ukraynada yaşayan Azərbaycan icmasının fəalları Krım tatarlarının nümayəndəsi Nəriman Cəlalla görüşüb. Nəriman Cəlal bir müddət idi ki, Rusiya əsirliyində saxlanılırdı. O, bu günlərdə həyata keçirilən əsir mübadiləsində Ukraynaya qayıda bilib.
Müharibənin belə çətin vaxtlarında hər bir Ukrayna vətəndaşı hava hücumu xəbərdarlığı səbəbindən daimi stress yaşayır. Ukraynalı musiqiçilər genişmiqyaslı işğal başlayandan sonra işlərində hansı çətinliklərlə üzləşdikləri və bunun onların işinə necə təsir etdiyi barədə danışıb.
Daimi hava hücumları təhlükəsinə baxmayaraq, Kyiv sakinləri mədəni həyatlarını davam etdirirlər. Rəssam Oleq Bazileviçin Kyivin mərkəzində “Cəbhə palitrası” adlanan rəsm sərgisini keçirilib.
Rusiyanın növbəti hava hücumları yenə də mülki əhali arasında itkilərə səbəb olub. Kütləvi raket zərbələrində Ukraynanın 5 şəhəri hədəfə alınıb. Onların arasında paytaxt Kyiv də olub.
Artıq 2 ildən çoxdur ki, Ukraynanın faktiki olaraq bütün ərazisi Rusiyanın hücumu altındadır. Rusiya ordusunun genişmiqyaslı hərbi müdaxiləsi zamanı ön cəbhədə yaralanan hərbçilərin sayı artmaqdadır. Morşin şəhərindəki sanatoriyada müalicə alan bir neçə ukraynalı yaralı hərbçilərlə görüşdük.
Daha çox yüklə