Kyivdə keçmişin texnologiyasını əks etdirən "Çarxların tarixi" adlı retro-texnika muzeyi fəaliyyət göstərir. Muzeydə hələ də yaxşı vəziyyətdə olan və hətta istifadə oluna bilən 100-dən çox avtomobil və motosiklet nümayiş etdirilir.
Ukraynada müharibə şəraitinin olmasına baxmayaraq sanatoriya tipli müalicə kompleksləri öz fəaliyyətini qoruyub saxlaya bilib. Xmelnikdəki sanatoriya yüksək texnoloji avadanlıq, radonlu mineral sular, müalicəvi torf palçığı və fərdi müalicə proqramı ilə sağlamlığı yaxşılaşdırmağa imkan verir.
Ukraynada müharibədə yaralanan hərbçilərin müalicəsi hərbi hissələrin nəzdində olan hospitallarda gedir, lakin fiziki, tibbi və psixoloji reabilitasiyaları ölkənin sanatoriyalarında davam etdirilir. Belə bir müalicə mərkəzlərindən biri Vinnitsa vilayətinnin Xmelnik şəhərində yerləşir.
Müharibə şəraitində olan Ukraynanın paytaxtı Kyivdə anime festivali keçirilib. Festivalın əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün vəsait toplamaqdır.
Ukrayna tarixində iki ən böyük ədəbi rekord baş tutub. 228 yazıçı birləşərək 2833 səhifədən ibarət "Bosorka" kitabını yazib. Hər bir müəllifin bildiyi: ümumi süjet, baş qəhrəmanın şəxsiyyəti və hadisələrin baş verdiyi yer - Karpatdakı Starıye Muxomorı kəndi idi.
Kyivin mərkəzində Ukrayna Müdafiəçilərinin, İdmançıların və digər sahə işçilərinin Ümumukrayna Həmkarlar İttifaqının Sədrlər Şurasının IV iclası keçirilib. İclasda təşkilatın inkişafı üçün bir sıra təşkilati məsələlər və dəyişikliklər öz həllini tapıb.
Kyivdə Beynəlxalq Kempo Federasiyasının texniki direktoru Rauf İbrahimov və Ukrayna Kempo - Kenpo Federasiyasının prezidenti Toğrul İbrahimlinin təşkilatçılığı ilə seminar keçirilmişdir. Seminarda bütün yaş hədlərində olan idmançılar, təlimatçılar və eləcə də valideynlər iştirak ediblər.
Odessada böyüyən, oxuyan və işləyən əslən azərbaycanlı Alik Mirzoyev Vorontsov şirlərinin çənələrini və quyruqlarını bərpa etdikdən sonra Odessanın "aslan ürəyi" ləqəbi ilə məşhurlaşıb. 2004-cü ildə şəhərin Puşkinskaya 12 küçəsində “Odessa İncəsənət həyəti” layihəsinin əsasını qoyub.
Mayın 18-də Kyivdəki Müstəqillik Meydanında Krım tatarlarının xatirəsi anılıb, onların xatirəsinə və həm də Ukrayna Silahlı Qüvvələrinin heyəti üçün dua mərasimi keçirilib.
Müharibə vəziyyətində olan Odesada prezidenti Şamil Quliyev olan “LEVŞA” adlanan boks klubu təkcə Ukraynada deyil, eyni zamanda Avropada da çox məşhurdur.
Rusiya ordusunun hava hücumunun əsas hədəflərindən biri olan Xarkiv şəhəri müharibənin dağıdıcı nəticələrini özündə əyani nümayiş etdirir. Buraya edilən raket hücumları nəticəsində əslən Zəngilan rayonundan olan Kazım Quzuyevin yaşadığı 3 mərtəbəli villa darmadağın olub.
Rusiyanın əsas hücum hədəflərindən biri olan Xarkiv şəhərində yüzlərlə mülki və infrastruktur binası dağılıb. İdrak Camalbəyli müharibənin ilk günü şəhərin Saltovka rayonuna endirilən raket hücumu nəticəsində bir avtomobildə olan 4 könüllü xilasedicinin həlak olduğu yerə baş çəkib.
Müharibənin ilk günlərindən Rusiyanın avia zərbələrinin və raketlərinin hədəfinə çevrilən Xarkivda hazırda yüzlərlə azərbaycanlı yaşamaqda davam edir. Azərbaycanlılar Rusiyanın sərhəd bölgələrindən şəhərə mütəmadi raketlər atıldığını bildirirlər.
Asif Abbasov müharibənin ilk günlərində yaşadıqları dəhşətləri heç vaxt unutmayacağını deyir. Oğlu Turqut Ukrayna Fövqəladə Hallar Nazirliyində çalışır. Turqut müharibə nəticələrinin aradan qaldırılmasında göstərdiyi fədakarlığa görə təltif olunub.
Xarkivin Kinniy bazarında xeyli sayda azərbaycanlı çalışır. Onlar bəlli səbəblərdən alverlərinin xeyli zəiflədiyini bildirirlər.
İki ildir davamlı olaraq Rusiyanın hücumlarının hədəfində olan Xarkivda polisin işi diqqət cəlb edir. Müharibə ilə əlaqədar tərk edilmiş evlərdə oğurluq və talan faktları polisin gərgin rejimdə işləməsini şərtləndirir. Xarkiv polisi İdrak Camalbəyliyə gərgin iş rejimi barədə danışıb.
Rusiyanın avia zərbələri nəticəsində evi dağılan Xarkiv sakini Asəf Yusifov müharibənin ilk günlərində yaşadıqları dəhşətlərdən danışıb.
Xarkivda Rusiya ordusunun məhv edilmiş hərbi texnikaları, silah-sursatları və atdığı raketlərin bir hissəsi müharibə cinayətlərini dünyaya göstərmək üçün nümayiş olunur.
İdrak Camalbəyli Xarkivda yaşayan azərbaycanlılarla birlikdə Ukrayna müdafiəsi üçün həlak olanların məzarlarını ziyarət edib. Qəbirstanlıqda onlarla azərbaycanlı döyüşçünün məzarı da var.
Rusiyanın əsas hücum hədəflərindən biri olan Xarkivda 2 azərbaycanlı həkim stomatoloq müharibənin ilk günlərindən Ukraynanın müdafiəsinə qoşulub. Onlar hərbçilər başda olmaqla çətin vəziyyətdə qalan mülki insanlara öz ixtisasları ilə yanaşı təcili tibbi yardım göstəriblər.
Daha çox yüklə