İsmayıllının Mollaisaqlı kəndində sel evlərə, təsərrüfata ziyan vurub. Kənd camaatının mal-qarası, toyuq-cücəsi tələf olub. İsmayıllı Rayon İcra Hakimiyyətindən sakinlərə evlərinin təmir olunacağı ilə bağlı vəd verilib. Sakinlər isə evlərinin təmirini yox, ərazidən köçürülmələrini istəyirlər.