Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ötən gün açıqladığı qərara görə, ictimai nəqliyyatın qiyməti 40 qəpikdən 50 qəpiyə yüksəlib. Nəqliyyat eksperti və iqtisadçı qərarın səbəblərindən danışır.
Şamaxının Məlhəm kəndi təbabətlə məşğul olan qədim kəndlərdən biridir. Kənd sakinləri kəndin tarixindən, camaatın məşğuliyyət və problemlərindən danışır.
Azərbaycanda elmin və elm adamlarının vəziyyəti, elm mühitindəki problemlər tez-tez müzakirə olunur. Alimlər elmdəki əsas problemləri maliyyə, müasir texnologiya metodlarının olmaması və dövlətin qayğısının az olması ilə əlaqələndirirlər.
Ötən ay Azərbaycanda 10 nəfərə yaxın TikTok blogeri həbs olunub. Daxili İşlər Nazirliyi bunun “qeyri-etik davranışlar, cəmiyyətə hörmətsizlik” səbəbindən olduğunu bildirib. Hüquqşünas Xalid Ağalı bu səbəblərin qanuna uyğun olmadığını deyir
Bakı sakinlərindən ölkədə işçi hüquqlarının vəziyyəti ilə bağlı sorğu keçirdik.
BMT İnkişaf Proqramının dünya üzrə keçirdiyi sorğuya əsasən, Azərbaycanda 98,7 faiz insanın qadınlara qarşı ən az bir qərəzi var. Sünbül Hüseynova bu qərəzlərin məktəb vaxtından formalaşdığını deyir.
5 may Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi günüdür. Bu səbəbdən ölkədə əlilliyi olan şəxslərin sərbəst hərəkətləri ilə bağlı imkanlar haqda Bakı sakinləri arasında sorğu keçirdik.
Müxtəlif sorğulara əsasən Azərbaycan gəncləri arasında xeyli hissə ölkəni tərk etmək. Onlar bunu təhsilin keyfiyyəti, iş imkanları və azad mühitin olmaması ilə əlaqələndirir.
Mirhəmid Hümbətov yaşadığı iş qəzasından sonra yerimə fəaliyyətini itirib. Ətrafına yük olmamaq üçün isə ötən ilin sonlarından dırnaq ustalığına başlayıb. Deyir ki, ilk vaxtlar iş üçün hər səhər Şirvandan Bakıya gəlməli olub.
“Anifan” komandası 10 ilə yaxındır Anime adlanan Yaponiya cizgi filmlərinin azərbaycancaya tərcüməsı və dublajı ilə könüllü məşğul olur. Yaponiya səfirliyinin qrupa dəstək verdiyini deyən könüllülər gələcəkdə bu cizgi filmi növünün Azərbaycanda daha çox populyarlaşmasını görmək istəyirlər.
Masallının Musaküçə kəndi həsirçilik sənətinin geniş yayıldığı kəndlərdən biridir. Sidiqə Abışova həsir sənətinin incəliklərindən və çətin tərəflərindən danışır
Azərbaycanda yaşayan gözdən əlillər nəqliyyatda, yollarda, rəqəmsallaşmayan iş yerləri və dövlət qurumlarında, bank xidmətlərində bir sıra çətinliklər yaşayırlar
Qarşıdan Novruz bayramı, çərşənbələr gəlir. Masallı bazarında isə durğunluq hiss olunur. Piştaxtalarda alıcıdan çox satıcı gözə dəyir. Bu səbəbdən satıcılar bazarda al-ver etməklə dolanmağın çətin olduğunu deyirlər.
Suraxanı rayonunun Əmircan qəsəbəsi Bakıda suyun fasilələrlə verildiyi qəsəbələrdən biridir. Sakinlər deyir ki, suyun günortadan sonra kəsilməsi bir dərd, içməli suyun çirkab sulara qarışması isə ayrı dərddir.
Bakı sakinlərindən ölkə məhkəmələrinə etibar edib-etmədiklərini soruşduq.
Prezident seçkiləri zamanı 37 saylı Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsi müşahidəçi olaraq iştirak edən Əlibaxış Rəşidzadə seçki prosesində qarşılaşdığı hadisə haqda danışır.
Müstəqil müşahidəçi Selcan Hacı 8 saylı Binəqədi birinci seçki dairəsinin 36 saylı seçki məntəqəsində seçki prosesi zamanı qarşılaşdığı hadisəni danışır.
Seçki məcəlləsinə media ilə bağlı edilən dəyişiklik bir çox müstəqil jurnalistin narahatlığına səbəb olub. Reyestrdən keçməyən media nümayənləri seçkidə iştirakda çətinlik yaşayacaqlarını düşünürlər.
Sabunçuda yerləşən “bit bazarı” Sovet dövründən bu yana ikinci əl əşyaların, köhnə paltarların, film kasetlərinin ucuz qiymətə satışı ilə tanınıb. Alıcılar bu bazara əsasən ucuz əşyalar üçün gəlsələr də, “vintaj” əşyalar üçün gələnlər də az deyil.
Rahil Rəhimov gənclik illərindən maşın ustası kimi çalışıb. İndi isə kiçik maşınların təmiri ilə məşğuldur. Hövsanda kimin xarab əşyası varsa, Rahil ustanın yanına gəlir. Çox vaxt pul almadığına görə ona kənd içində "humanist təmirçi" deyirlər.
Daha çox yüklə