Elbəniz Təhməzova uşaqlıq illərindən başlayaraq xalçaçılıqla məşğuldur. O, xalçaçılıq sənətinin maraqlı və çətin tərəflərindən danışır. Deyir, bu sənətə maraq əvvəlki kimi deyil.
Sabirabad sakini Minarə Abbasova illərdir təsərrüfatla, xüsusən mal-qara təsərrüfatı ilə məşğuldur. 57 yaşlı Minarə xanım bu işə həm məşğuliyyət, həm də qazanc yeri kimi baxır. Abbasova təsərrüfat işinin faydalı və çətin tərəflərindən danışır.
Sabirabad rayonunun Cavad kəndindən başlayaraq Əlicanlı, Türkədi, Narlıq, Yolçubəyli kəndlərinin yolları yararsız vəziyyətdədir. Sakinlər bunun onlara illərdir çətinlik yaratdığını deyirlər.