“Ankara Foreigners” qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan milli musiqisi və rəqsləri nümayiş etdirilib.
Ankarada keçirilən "Gəlin və gəlincik" adlı sərgidə yenidən emal edilən məhsullar sərgilənərək satışa çıxarıldı. Sərginin gəlirlərinin Ankara Universiteti tələbələr dərnəyinin təqaüd fondu vasitəsi ilə ehtiyacı olan tələbələrə veriləcəyi bildirildi.
Ankarada Yeni İl üçün əl əməyi məhsullarının satışa çıxarıldığı "Dizayn bazarı" şəhər sakinlərinə təqdim edildi.
Ankarada qurulan "Şuşa qrupu" Azərbaycan milli musiqi alətləri ilə Azərbaycan milli musiqilərini ifa edirlər. Qrup üzvləri quruluş məqsədləri və qarşılaşdıqları problemlər haqqında Amerikanın Səsinə müsahibə veriblər.
Ankarada gənclərin müxtəlif kurslardan pulsuz yararlanmaqları, dərslərinə hazırlaşmaqları üçün “Gənc Akademiya” şəhər sakinlərinin xidmətinə verilib.
“Kadın Cinayetlerini Durduracağız” platforması ailələrinə və özlərinə qarşı təhdid məzmunlu zənglər haqqında Ankara məhkəməsinə müraciət ediblər.
Ankarada qadınlara ustalıq kursları keçirilib. Kursda qadınlar inşaat sahəsində istifadə olunan məhsulların müxtəlif şəkillərdə istifadəsi haqqında məlumatlandırılıblar.
5000-dən çox müraciətçinin olduğu aktyorluq müsabiqəsinin qalibləri 5 aylıq kursdan faydalanmaq imkanı qazanacaqlar.
1934-cü ilin Türkiyədə qadınların tam səsvermə hüququ qüvvəyə mindi. Bu gün həmin tarix Qadın Hüquqları Günü kimi qeyd edilir.
Eskişehirdə qurulan tarixi avtomobilləri muzeyində Türkiyənin ilk avtomobili ilə yanaşı dəmir yolu tarixini əks etdirən müxtəlif qədim nəqliyyat vasitələri də sərgilənir.
Şimali Amerika futboluna əsaslanaraq yaradılan bayraq futbolu Türkiyədə qadınlar tərəfindən böyük rəğbət görür. Bayraq futbolu və Türkiyədəki inkişafı haqqında Ankaradakı "Falcons" qadın futbol komandası oyunçuları Amerikanın Səsinə danışdılar
Eskişehirdə ənənəvi türk hamamı memarlığını nəzərə alaraq müasir üslubda dizayn edilmiş “Türk Hamamı Muzeyi” yaradılıb. Türk hamamı mədəniyyətindən bəhs edən muzey yerli və xarici turistlərin marağına səbəb olub.
Ankarada "Hikməti-tabiyəçi" adı ilə tanınan sənətçinin sərgi hazırlıqları üçün şəhər sakinləri könüllü olaraq qəbir qazdılar. Sənətçi sərginin məqsədinin insanların diqqətini sosial mediada məruz qaldıqları zorakılığa cəlb etmək olduğunu bildirdi.
Ankarada 6 fevral 2023 tarixində Türkiyənin 11 şəhərinə ağır xəsarət yetirən zəlzələnin baş verməsinin səbəbləri, şəhərlərin yenidən qurulması və bundan sonrakı duruma həsr edilmiş konfrans keçirilib.
"Əsr məzarlığı" 1935-ci ildə Ankarada qurulan ilk qəbiristanlıqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə və digər bir sıra tarixi şəxsiyyətlər burada dəfn olunub.
Ankarada müxtəlif bədən üzvləri amputasiya olunmuş şəxslərdən ibarət futbol komandası fəaliyyət göstərir. Əsasən veteran və anadan gəlmə fiziki məhdudiyyətə sahib olan şəxslərdən təşkil olunmuş yığma komandanın futbolçuları qarşılaşdıqları çətinliklər haqqında danışıb.
Noyabrın ilk həftəsi Türkiyədə leykemiyalı uşaqlar həftəsi olaraq qeyd olunur. Ankarada bu həftə “Lösev” (Leykemiyalı Uşaqlar Sağlamlıq və Təhsil Fondu) təşkilatçılığında keçirildi.
İzmirdə tələbələrin dizaynlarını sərgilədikləri moda həftəsi keçirilib. İntibah dövründən ilham alan dizaynerlərin hazırladıqları geyimlər gələn qonaqlarda maraq yaradıb.
Türkiyənin Hatay şəhərində zəlzələdən sonra kiçik biznes sahibləri iş yerlərini yenidən ayağa qaldırmağa çalışır. Sahibkarlar qarşılaşdıqları çətinliklər haqda Amerikanın Səsinə danışıb.
Türkiyədə baş verən şiddətli zəlzələdən Hatay şəhərinin ən çox xəsarət alan rayonu Antakyada qurulan konteyner şəhərciklərindən bir neçəsini ziyarət etdik. Sakinlər şəhərciklərdəki son vəziyyətlə bağlı Amerikanın Səsinə danışıb.
Daha çox yüklə