31 mart tarixində Türkiyədə yerli seçkilər keçirildi. Türkiyənin paytaxtı Ankarada əhalinin seçkilərin nəticələri haqqında fikirlərini soruşduq.
Türkiyədə Ankaranın Hacettepe xəstəxanasında ilk ZAP-X sistemi ilə baş boyun nahiyəsində yaranan xərçəng və oxşar xəstəliklərə sahib şəxslərə müalicə imkanı yaranıb. Mövzu haqqında həkim professor Gökhan Özyiğit Amerikanın Səsinə müsahibə verib.
Türkiyə paytaxtı Ankarada yaşayan görmə məhdudiyyətli vətəndaşlar qarşılaşdıqları problemlər haqqında Amerikanın Səsinə danışıblar. Onlar şəhərlərin onların ehtiyaclarına uyğun planlaşdırılmadığını, yaradılan şəraitin isə kifayət olmadığını bildiriblər.
Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində səsvermə başa çatıb. Yaşayış yeri paytaxt Ankara olan siyasətçilər səsvermə məntəqələrində səs veriblər.
Türkiyədə 31 mart günü keçirilən yerli seçkilərlə əlaqədar bələdiyyələrin seçki kampaniyaları haqqında Ankara şəhər sakinləri ilə sorğu keçirdik.
Türkiyədə yerli seçkilər yaxınlaşır. Ankaranın Etimesqut bölgəsində bələdiyyə sədrliyinə namizəd olan Türkiyənin tanınmış aktyoru Erdal Beşikçioğlu da namizədliyi haqqında Amerikanın Səsinə müsahibə verib.
Novruz bayramı Ankarada Anıt parkda hazırlanan musiqili tədbirlə qeyd olundu.
Türkiyənin paytaxtı Ankarada 8 Mart Dünya Qadınlar Günü münasibətilə yürüş keçirildi. Ankara sakinləri müxtəlif şüarlar səsləndirərək bu günü qeyd etdilər.
Keçən həftə sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin lideri Rəsulzadənin Ankaradakı məzarının üzərindəki abidənin yığışdırılması ilə bağlı xəbərlər paylaşılandan sonra Azərbaycanın Türkiyədəki səfirliyi abidənin bərpa edildiyini bildirmişdi.
Yanvar ayında baş tutan Türkiyəli kosmonavtın ilk kosmik səyahətinin müvəffəqiyyəti növbəti kosmik səyahətə təkan verdi. Ankara şəhər sakinlərinin bu haqda fikirlərini öyrəndik.
İqtisadi böhranın təsirlərindən olan işsizlik və bununla mübarizə üçün Ankarada hansı tədbirlər görüldüyü haqqında bələdiyyə tərəfindən qurulan karyera mərkəzinin rəhbərindən müsahibə aldıq. Həmçinin işsizlik haqqında Ankaradaki şəhər sakinlərinin də fikirlərini öyrəndik.
Köhnə üsulla heyvanların təbii yaşayış şəraitlərindən uzaqlaşdırmadan virtual şəkildə videolar vasitəsi ilə hazırlanan rəqəmsal heyvanxana Ankarada xidmət göstərməyə başladı.
"Epilepsiya Yaşam Dərnəyi" epilepsiyalı vətəndaşlar haqqında maarifləndirmə və dəstəkləmə məqsədi ilə Ankarada "Epilepsiyalılar üçün pedal çevir" deyərək tədbir təşkil etdilər.
1995ci ildə Ankarada qurulan uşaq şurasında uşaqlar siyasi şuralarda olduğu kimi öz aralarından sədr və köməkçilərini seçki vasitəsi ilə seçərək cəmiyyətin problemləri ilə yaxından maraqlanaraq layihə və təkliflərini bələdiyyəyə təqdim edirlər.
Fevralın 28-də sosial şəbəkələrində Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin Ankadakı məzarının üzərindəki abidənin söküldüyü haqda məlumat paylaşıldı. Bu işi həyata keçirən şirkətdən sütünlarındakı çatların abidənin çökməsi riski yaratdığı bildirilib.
Ukrayna dərnəyi tərəfindən Ankara şəhərində Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümü münasibətilə nümayiş keçirilib. Tədbir iştirakçıları müharibəyə son qoyulması və ölkələrinin təhlükəsizliyinin müdafiəsi üçün dünya dövlətlərinin dəstəyini gözlədiklərini bildiriblər.
2024-cü ilin fevralın 7-si Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Türkiyədəki Azərbaycan vətəndaşlarının da iştirakı üçün Ankara, Eskişehir, Antalya, Kayseri, İstanbul, İzmir və Kars şəhərlərində seçki məntəqələri quruldu.
Fevralın 7-si Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Türkiyə vətəndaşlarının nə düşündüyü haqqında Ankara şəhərində sorğu keçirdik.
Türkiyədə 2023-cü ilin fevral ayının 6-sı Kahramanmaraş mərkəzli zəlzələnin ildönümü Ankarada qeyd edildi. “İctimai İşçilərin Həmkarlar İttifaqı konfederasiyası” üzvləri aksiya keçirərək, vətəndaşlara verilən vədlərin yerinə yetirilmədiyini bildirdilər.
Ankarada Ankara Rumeli Kültür və Həmrəylik Dərnəyi tərəfindən Şimali Makedoniya türklərinin türk təhsil bayramı keçirildi.
Daha çox yüklə