Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 1990-cı il 20 yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edərkən Amerikanın Səsi ilə fikirlərini bölüşüb.
Təxminən iki həftə sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bakı sakinlərindən namizədləri tanıyıb-tanımadıqlarını soruşduq.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakıda yolların qışa hazırlıq vəziyyəti ilə bağlı danışır.
Dekabrın 2-də "Kanal 13" internet televiziyasının aparıcısı Rüfət Muradlı Bakının Xətai rayonu ərazisində avrotomobilini dayanacaqda saxlayan zaman polislər tərəfindən saxlanılıb. Muradlının saxlanılması "Kanal 13"-ün rəhbəri Əziz Orucovun həbsindən bir neçə gün sonraya təsadüf edir.
Dekabrın 2-də "Kanal 13" internet televiziyasının aparıcısı Rüfət Muradlı Bakının Xətai rayonu ərazisində avrotomobilini dayanacaqda saxlayan zaman polislər tərəfindən saxlanılıb. Vəkil Nazim Musayev deyir ki, Muradlı "polisin əmrinə tabe olmamaq" ittihamı ilə məhkəməsinə gətirilib.
İqtisadçı Toğrul Vəliyev “Abzas Media”nın rəhbərliyinə qarşı açılmış cinayət işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.
Araşdırmaçı jurnalist Hafiz Babalı “Abzas Media”nın rəhbərliyinə qarşı açılmış cinayət işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.
Noyabrın 27-si Kanal13-ün rəhbəri Əziz Orucovun evində və ofisində Səbail rayon Polis idarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb. Yoldaşı Lamiyə Orucovanın sözlərinə görə, Əziz Orucovun komputerləri və bəzi məhkəmə sənədləri götürülüb. Əziz Orucov hazırda Səbail rayon Polis İdarəsindədir.
Xaçmazın Mürşüdoba kənd orta məktəbi 76 ildir fəaliyyət göstərir. Məktəbdə 340 şagird təhsil alır. Buna baxmayaq məktəb sanki tərk edilib. Qəzalı vəziyyətdədir və illərdir edilən müraciətlərə baxmayaraq təmir olunmur.
Tərtərin Dəmirçilər kəndi hər il yaz aylarında sel suları altında qalır. 20-30 ev mütamadi bu vəziyyətdən əziyyət çəkir. Rayon İcra Hakimiyyəti məsələyə baxacağını desə də, sakinlər vəziyyətin düzələcəyinə inamsızdır.
Goranboyun Gürzallar kəndini sel basması nəticəsində evlər dağılıb, mal-qara tələf olub. Həmçinin yollar yararsız hala düşdüyündən kəndə girib çıxan yol istifadəsiz vəziyyətdədir.
Xınalıqda nə xəstəxana, nə də həkim var. Dərman lazım olduqda və ya sağlıqla bağlı təcilli vəziyyət olanda kənd camaatı maşın tutub, 2350 metr yüksəklikdən Qubanın mərkəzinə enməli olur.
Martın 27-də Saatlının Çolpu kənd sakinləri şirin su çatızmazlığıyla bağlı aksiya keçirib. Kənd sakinləri bildiriblər ki, nə içməyə, nə də əkinləri sulamağa suları yoxdur. Su almaq da onların büdcəsini aşır. Kəndlilər kanala gəlməli olan suyu məmurların müsadirə etdiyini iddia edir.
Quba bazarının satıcıları alıcılığın zəif olmasından şikayətlənir. Onlar əhalinin əsas gəlirinin təqaüd olduğunu və bunun da alıcılığı ayın müəyyən zaman aralığında mümkün olduğunu deyir.
72 yaşlı Raya Nəcəfova 7 nəfərlik ailəsini zəhmətlə qazandığı qəpik-quruşla keçindirməyə çalışır. Deyir ki, canı sözünə baxan vaxtlar dolanışıqlarını çıxarda bilsə də, indi yaş öz sözünü deyir. İkinci Qarabağ müharibəsindən sonra evləri zədə alıb. Buna görə soyuq aylar onlar üçün daha da çətindir.