Sentyabrın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun məhkəmə iclası keçirilib. Məhkəmədə ittiham aktı elan olunub və Xəlilov ifadə verib. Çıxışında təqsirləndirilən yox, “şərlənən şəxs” olduğunu vurğulayıb.
Sentyabrın 26-də Bakı Ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin verdiyi sorğulara cavab gəlmədiyinə görə məhkəmə 17 oktyabra təxirə salınıb.
Sentyabrın 25-i Bakı Ağır Cinayətlər məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi keçirilib. Vəkil Aqil Layıcın verdiyi vəsatətlər təmin olunmayıb.
Sentyabrın 24-də Səbail rayon məhkəməsində vəkil Fariz Namazlının Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı şikayətinə baxılıb. Onun verdiyi vəsatətlər təmin olunmayıb.
Sentyabrın 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun növbəti məhkəmə iclası keçirilib. Məhkəmə Möhyəddin Orucovun ötən prosesdən olan şikayətini yazılı təqdim etməli olduğu əsas göstərilərək oktyabın 15-nə təxirə salınıb.
Sentyabrn 23-ü Bakı Apellyasiya Məhkəməsində jurnalist Müşfiq Cabbarın məhkəmə prossesi keçirilib. Onun etibarnaməylə bağlı verdiyi vəsatət təmin olunmayıb.
Sentyabın 19-u Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti prosesi keçirilib. Məhkəmə onun həbsinə xitam verilməsi ilə bağlı verilən vəsatəti təmin etməyib.
Sentyabrın 19-u Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin növbəti məhkəmə prosesi keçirilib. Hakim materialla tanış olmaq üçün qarşı tərəfə 25 gün vaxt verib və məhkəməni oktyabrın 14-nə təyin edib.
17 sentyabr Səbail rayon məhkəməsində ictimai fəal Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə vəsatədi təmin etməyib. Onun həbsdə qalmasına qərar verib
Sentyabın 13-ü Bakıda növbəti Formula 1 yarışlarına start verilib. Azərbaycan bu yarışa 2016-cı ildən ev sahibliyi edir. Bakı sakinlərindən yarışların gündəlik həyatlarına təsir edib-etmədiyini soruşduq.
Sentyabrın 13-ü Bakı Ağır Cinayyətlər məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib.
13 Sentyabr Bakı Ağır Cinayətlər məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi keçirilib. Məhkəmədə şahid ifadələri elan edilib və sənədlərin tədqiqatı mərhələsinə keçid edilib.
12 sentyabr Bakı Ağır Cinayətlər Məhkəməsində Famil Xəlilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə onun ev dustaqlığına buraxılmasıyla bağlı vəsatəti təmin etməyib.
Sentyabrın 12-də Bakı Ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin növbəti məhkəmə prosesi keçirilib. İş üzrə şahid qismində Yasamal RPİ-nin idarəsinin əməkdaşı ifadə verib.
Sentyabrın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkmiş kimi təqdim olunan şəxs dindirilib.
Sentyabr 10-da Müsavat Partiyasının qərargahında parlament seçkiləri ilə bağlı konfrans keçirilib. Konfransda seçki zamanı baş verən pozuntu faktları səsləndirilib. Müsavat Partiyası 125 seçki dairəsinin 34-də öz namizədlərini irəli sürüb. Onlardan 25 namizəd qeydə alınıb, deputat seçilən olmayıb.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Bakı sakinlərnlərindən yeni deputatlarla bağlı gözləntiləri soruşduq.
Neftçalada təxminən 19:00 radələrində saxlanılan Vəfa Nağıyeva, Seymur Abbas və Şəhla Kərimli təxminən 23:00 radələrində Bakıda sərbəst buraxılıblar. Mülki geyimli polislər onları Neftçaladan Bakının Əhmədli ərazisinə gətiriblər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabr ayında saxlanılıb. O dələduzluq, saxta sənəd hazırlamada ittiham olunur. Tofiq Yaqublu ittihamları qəbul etmir.
42 saylı Sumqayıt 1-ci seçki dairəsindən deputatlığa namizəd olmuş Yasəmən Qaraqoyunlu seçkilərin nəticəsi ilə bağlı mətbuat konfransı keçirib. O müşahidəçilərinin apardığı qeydlərlə bağlı danışıb və MSK-nın saytında açıqlanan nəticələrlə onların apardığı müşahidələr üst-üstə düşmədiyini deyib.
Daha çox yüklə