"Equality Now" təşkilatının hesabatında 7 ölkənin erkən nikahla bağlı statistikaları, ölkələrin erkən nihahla mübarizə üçün atdığı addımlar qeyd olunub.
Oktyabrın 10-u Bakı Apellyasiya Məhkəməsində "Toplum TV" işi üzrə məhkəmə iclasları keçirilib. Həbs müddətinin uzadılması ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verilən şikayətlər təmin olunmayıb.
Vəkili Elçin Sadıqov 2 vəsatətlə çıxış edərək Rail Abbasovun istintaqda saxlanılan telefonunda olan maddi sübutlarla tanış olmağını məhkəmədən istəmişdi. Vəsatətlər hakimlər tərəfindən növbəti prosesə təxirə salınıb.
Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fərid Namazovun sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, iş adamı Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib.
Sentyabrın 27-si daha bir şəxs həbsdə olan SMDT rəhbəri Anar Məmmədliyə açılan cinayət işi çərçivəsində Bakı şəhər Baş Polis İdarəsində dindirilib. Əlibaxış Rəşidzadə deyir ki, dindirilmə zamanı hər hansı pozuntu halıyla üzləşməyib.
27 Sentyabr Bakı Apellyasiya Məhkəməsində tədqiqatçı Bəhruz Səmədovun məhkəmə iclası keçirilib. Məhkəmə ev dustaqlığı ilə bağlı verilən vəsatəti təmin etməyib.
Sentyabrın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun məhkəmə iclası keçirilib. Məhkəmədə ittiham aktı elan olunub və Xəlilov ifadə verib. Çıxışında təqsirləndirilən yox, “şərlənən şəxs” olduğunu vurğulayıb.
Sentyabrın 26-də Bakı Ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin verdiyi sorğulara cavab gəlmədiyinə görə məhkəmə 17 oktyabra təxirə salınıb.
Sentyabrın 25-i Bakı Ağır Cinayətlər məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi keçirilib. Vəkil Aqil Layıcın verdiyi vəsatətlər təmin olunmayıb.
Sentyabrın 24-də Səbail rayon məhkəməsində vəkil Fariz Namazlının Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı şikayətinə baxılıb. Onun verdiyi vəsatətlər təmin olunmayıb.
Sentyabrın 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun növbəti məhkəmə iclası keçirilib. Məhkəmə Möhyəddin Orucovun ötən prosesdən olan şikayətini yazılı təqdim etməli olduğu əsas göstərilərək oktyabın 15-nə təxirə salınıb.
Sentyabrn 23-ü Bakı Apellyasiya Məhkəməsində jurnalist Müşfiq Cabbarın məhkəmə prossesi keçirilib. Onun etibarnaməylə bağlı verdiyi vəsatət təmin olunmayıb.
Sentyabın 19-u Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti prosesi keçirilib. Məhkəmə onun həbsinə xitam verilməsi ilə bağlı verilən vəsatəti təmin etməyib.
Sentyabrın 19-u Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin növbəti məhkəmə prosesi keçirilib. Hakim materialla tanış olmaq üçün qarşı tərəfə 25 gün vaxt verib və məhkəməni oktyabrın 14-nə təyin edib.
17 sentyabr Səbail rayon məhkəməsində ictimai fəal Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə vəsatədi təmin etməyib. Onun həbsdə qalmasına qərar verib
Sentyabın 13-ü Bakıda növbəti Formula 1 yarışlarına start verilib. Azərbaycan bu yarışa 2016-cı ildən ev sahibliyi edir. Bakı sakinlərindən yarışların gündəlik həyatlarına təsir edib-etmədiyini soruşduq.
Sentyabrın 13-ü Bakı Ağır Cinayyətlər məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib.
13 Sentyabr Bakı Ağır Cinayətlər məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi keçirilib. Məhkəmədə şahid ifadələri elan edilib və sənədlərin tədqiqatı mərhələsinə keçid edilib.
12 sentyabr Bakı Ağır Cinayətlər Məhkəməsində Famil Xəlilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə onun ev dustaqlığına buraxılmasıyla bağlı vəsatəti təmin etməyib.
Sentyabrın 12-də Bakı Ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin növbəti məhkəmə prosesi keçirilib. İş üzrə şahid qismində Yasamal RPİ-nin idarəsinin əməkdaşı ifadə verib.
Daha çox yüklə