Yanvarın 22-si Bakı Apellyasiya Məhkəməsində "Toplum Tv işi" üzrə həbsdə olan jurnalist Əli Zeynalın məhkəmə iclası keçirilib. Şikayət Xətai rayon məhkəməsinin həbs müddətinin uzadılması ilə bağlı qərarından verilib. Vəsatət təmin olunmayıb.
Yanvarın 17-si Xətai rayon məhkəməsində ‘’Meydan TV işi’’ ilə bağlı həbs edilmiş jurnalist Aynur Elgünəş və Natiq Cavadlının məhkəmə prosesi keçirilib. Vəkillərin onların ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatət təmin olunmayıb
Yanvarın 16-sı Səbail rayon məhkəməsində iqtisadçı Fərid Mehralızadənin saxlanılarkən pis rəftara məruz qalmasıyla bağlı verdiyi şikayətə baxılıb. Özü məhkəməyə gətirilmədiyi üçün məhkəmə yanvarın 28-nə təyin olunub.
Yanvarın 14-ü Xətai rayon məhkəməsində ‘’Meydan TV işi’’ ilə bağlı həbs edilmiş jurnalist Xəyalə Ağayevanın məhkəmə prosesi keçirilib. Məhkəmədə vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Vəsatət təmin olunmayıb.
Yanvarın 7-si Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə iclası keçirilib.
Azərbacan Tarif Şurasının qərarına əsasən, 2025-ci ilin ilk günü bir sıra kommunal xidmətlərin qiyməti artırılıb. Bu artımla bağlı şəhər sakinlərinin fikrini öyrəndik.
Şəhər sakinlərindən qarşıdan gələn Yeni İli ürəklərinə uyğun qeyd etmək üçün imkanları olub-olmadığını soruşduq.
Azərbaycanda son illər yeni doğulan uşaqların sayı azalmaqdadır. Bakı sakinlərindən bunun səbəbinin nə olduğunu soruşduq.
Dekabrın 29-u Bakı Ağır Cinayyətlər məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə Tofiq Yaqublunun verdiyi vəsatətlərə baxılıb.
Dekabrın 12-si Bakı Ağır Cinayətlər məhkəməsində ictimai fəal Rail Abbasovun növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə video disklərə baxış keçirilib və rabitə şirkətindən alınan telefon zənglərinin siyahısına baxılıb.
Dekabrın 11-i Bakı Apellyasiya məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərov barəsində Binəqədi rayon məhkəmsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilən şikayətə baxılıb. Vəsatət təmin olunmayıb.
Dekabrın 10-u Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqının üzvü Möhyəddin Orucovun məhkəmə iclası keçirilib. Məhkəmədə ittiham aktı səslənib və Möhyəddin Orucov ifadə verib.
Dekabrın 9-u Bakı Ağır Cinayyətlər məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə iclası keçirilib. Məhkəmə istintaq materiallarının tədqiqi prosesini davam etdirir.
Dekabrın 7-də Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) sərbəst buraxılan heyvan haqları fəalı Kamran Məmmədli idarədə işgəncəyə məruz qaldığını deyir. Onun sözlərinə görə, o, “Meydan TV” əməkdaşı Aytac Tapdıqla (Əhmədova) birgə saxlanılıb.
Dekabrın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəmə prosesi keçirilib. Məhkəmədə ittiham aktı elan olunub. Fazil Qasımovun səhhəti pisləşdiyinə görə proses 12 dekabr tarixinə təyin olunub.
Dekabrın 4-ü Binəqədi Rayon Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı xuliqanlıq, dələduzluq və qəsddən sağlamlığa zərər vurma ittihamları irəli sürülüb.
Dekabrın 3-ü saat hüquq müdafiəçisi Rüfət Səfərov evinin önündə saxlanılıb. Ona qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerindədir.
Dekabrın 3-ü ictimai fəal Famil Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsindən ev dustaqlığına buraxılıb. O, noyabın 28-dən etibarən həbsinə etiraz olaraq quru aclıq edirdi.
Dekabrın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun növbəti məhkəmə prosesi təxirə salınıb və dekabrın 7-nə təyin edilib.
Daha çox yüklə