Kyivdə yaşayan azərbaycanlı iş adamı Natiq Quliyev müharibənin ilk günlərindən Ukrayna könüllü özünü müdafiə qüvvələrinə, evsiz-eşiksiz qalan insanlara yardım göstərib. Kyivdən müxbirimiz İdrak Camalbəyli daha ətraflı məlumat verir.
Çəkiliş heyəti Ukraynanın Baxmut şəhəri yaxınlığında yerləşən Çasiv Yar qəsəbəsinə çatanda artıq orada yaralılar var idi. Ameikanın Səsinə danışan hərbçilər və həkim heyəti müharibənin ən qızğın nöqtəsində cərəyan edən hadisələr haqda təəssüratlarını paylaşırlar.
Müharibənin ilk aylarında Rusiya ordusu işğal etdiyi Kyiv vilayətinin Brovar rayonunun Şevçenkove kəndində olduqları müddətdə dinc sakinlərin evlərini gülləbaran edib, aptekləri və mağazaları yandırıblar. Amerikanın Səsinin əməkdaşı İdrak Camalbəylinin Şevçenkove kəndindən repotajı.
Uzun illərdir Kyivdə yaşayan həmyerlimiz Nicat Mirzəyev Azərbaycan mədəniyyətini Ukraynada təmsil edir. Peşəkar rəqqasın paytaxt Kyivdə açdıgı "Qafqaz" rəqs məktəbi izləyicilərə Azərbaycanın milli rəqslərini öyrədir. Kyivdən müxbirimiz İdrak Camalbəyli daha ətraflı məlumat verir.
Kyivdə yerləşən Ukrayna Milli Tarixi Muzeyi Memorial Kompleksi şəhərə gələn turistlərin həmçinin yerli sakinlərin əsas üz tutduğu yerlərdən biridir. Kompleksin ərazisində Rusiya ordusunun Ukraynaya atdıgı raketlərin qalıqları və digər mərmi və sursatlar sərgilənib.
Mayın 8-nə keçən gecə Rusiya hərbçiləri Kyiv və Odessaya pilotsuz təyyarələr və raketlərlə hücum edib. Ukrayna ərazisinə hücum edən 35 pilotsuz təyyarə və 16 raketi məhv etdiyini bildirib. Amerikanın Səsinin əməkdaşları hadisə yerindən xəbər verir.
Cüdo məşqçisi Vahid Təhməzov 1980-ci illərin sonundan bəri Ukrayanada yaşayır. Bu illər ərzində cüdo üzrə çempionlar yetişdirmiş Təhməzov həm də şəhərdəki Azərbaycan diasporunun rəhbəri qismində fəaliyyət göstərir.
Zaporijya vilayətinin böyük hissəsi Rusiya qüvvələrinin işğalı altında olsa da şəhər Ukrayna qüvvələrinin nəzarətindədir. Şəhər mütəmadi olaraq rusların raket və digər növ hücumlarına məruz qalmaqdadır.Amerikanın Səsinə danışan sakinlər martın 22-də baş verən dəhşətli raket hücumunu təsvir ediblər.
"Müharibəyədək yaxşı yaşamışıq," , Zaporijyedə ticarətlə məşğul olan İslam Amerikanın Səsinə bildirir. Ancaq hazırda müharibənin vahiməsi şəhər həyatının bir çox aspektlərində olduğu kimi ticarətə də böyük ziyan vurub.
Amerikanın Səsinə danışan Uman sakinləri gecə saatlarına baş verən partlayışların dəhşətlərini paylaşıb. “Pəncərə onun yatığna düşdü,” deyə Larisa mülki vətəndaşların yaşadığı binaya dəyən raketin uşaqlarına təsirini təsvir edib.
Rəhim Babayev 2022-ci il, fevralın 25-dən bəri ukraynalı yoldaşları ilə bərabər Rusiya təcavüzünə qarşı çiyin-çiyinə vuruşur. Amerikanın Səsi ilə söhbətində Babayev döyüş təcrübəsini və müharibədən sonrakı arzularını paylaşıb.
Uzun zamandır Xersonda yaşayan azərbaycanlılar rus qoşunlarının şəhərdəki davranışını xatırlayır. Ukrayna qüvvələri Xersonu azad etsələr də Dnipro çayının digər tayını zəbt altında saxlayan Rusiya qüvvələri həyatın məcrasına düşməsinə imkan vermirlər.
Ukraynanın Mikolayiv şəhərində yaşayan Ələddin Məhərrəmov müharibə başlayandan gündən sakinlərə hər cür köməklik edir.
Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən Mikolayiv ən çox hücumlara məruz qalmış şəhərlərdəndir. Şəhərin bir çox hissəsi raket hücumlarına məruz qalıb.
Rusiya qüvvələri Ukraynaya hücum edəndə, ilk günlərdə zəbt etdikləri obyektlərdən biri Xerson şəhəri yaxınlığındakı Çernobayevka aeroportu olub. Lakin Ukrayna qüvvələrinin bu obyekti müntəzəm artilleriya və raket atəşinə tutması işğalçı qüvvələrin böyük itkilər verməsi ilə nəticələndi.
Amerikanın Səsinin müxbirləri və Ukraynalı bələdçi hərbçi Ukraynada mina partlaması nəticəsində yüngül xəsarət alıb.
Amerikanın Səsinin müxbirləri Ukraynada çəkiliş zamanı mina partlaması nəticəsində qəlpə yarası alıb. İdrak Camalbəyli hadisə barədə danışır.
Daha çox yüklə