Əslən Azərbaycanlı olan və Baxmutdan yeni dönən Timur Qulamov bölgədəki vəziyyət haqqında Amerikanın Səsinə danışıb.
Hərbi müxbir Roman Boçkala ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğal etdiyi əraziləri azad etməsi üçün gözlənilən əks-hücumu haqda danışmışıq.
Şaiq və Faiq Cəfərli qardaşları müharibə başlayan gündən Ukraynanın Rusiyaya qarşı göstərdiyi müqavimət səylərinə qoşulublar. İlk günlərdə öz şəxsi avtomobillərini Ukrayna ordusuna bağışlayan qardaşlar təcavüzün fəsadlarını aradan qaldırmaq üçün humanitar yardım işlərində iştirak ediblər.
“Mən heç vaxt təsəvvür etməzdim ki, ruslar Kyivə belə tez yaxınlaşacaqlar,” Ruslan Ağasanov müharibənin ilk günlərini xatırlayır. Kyivin uğurlu müdafiəsindən sonra onun olduğu hərbi briqada ölkənin şərqinə göndərilir. Zaparojiye döyüşlərində yaralanan Ruslan hazırda arxa cəbhədə xidmət göstərir.
Fərhad Quliyev bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin iftar mərasimi zamanı təltif etdiyi müsəlman hərbçilər sırasında olub. İxtisasca vəkil olan Quliyev Rusiya Ukraynaya hücum edəndə deputat köməkçisi kimi çalışırdı və həmin anda bir çox Ukrayna vətəndaşları kimi vətənin müdafiəsi üçün silaha sarılmağa qərar verdi. Amerikanın Səsi ilə söhbətində Quliyev prezidentlə görüş haqda təəssüratlarını və müharibə haqda düşüncələrini paylaşıb.
Hazırda müharibə şəraitində olan Ukraynada Pasxa bayramının necə qeyd olunduğunu öyrənmək üçün Amerikanın Səsinin müxbirləri paytaxt Kyivdə yerləşən kilsələrin birinə gedərək sakinlərin fikrini öyrənib.
Ukraynanın paytaxtı Kyivə daha əvvəlki kimi təhlükə olmadığından blokpostların sayı azaldılıb.
2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə Yalçın Qəhrəmanoğlu seçim qarşısında qaldı. Mövcud təhlükələrə və məhrumiyyətlərə baxmayaraq, Qəhrəmanoğlu Kyivdə qalmağa qərar verdi. Qəhrəmanoğlu ailəsinin üzvləri Amerikanın Səsinə ötən il ərzində keçirdikləri hissləri və təəssüratlarını paylaşıblar.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkənin bir çox sahələrinə zərbə vurmaqdadır. Futbol da bu mənada istisna təşkil etmir. Ukraynanın ən titullu və məşhur klublarından olan Kyiv “Dinamo”su da müharibədən zərər görüb. Ukraynadakı əməkdaşımız İdrak Camalbəyli klubun mətbuat katibi ilə mövcud problemlər, klubun qarşılaşdığı çətinliklər haqda söhbətləşib.
Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən həmin ölkədə yaşayan azərbaycanlı icması ölkənin müdafiəsi üçün ayağa qalxıb. Amerikanın Səsinə danışan azərbaycanlı könüllülər göstərilən yardım səyləri və ümumilikdə müharibə haqda fikirlərini paylaşıb.
2006-cı ildən bəri Ukraynada yaşayan Səidə Məlikova Amerikanın Səsi ilə söhbətində Rusiyanın Ukraynaya təcavüzünün fəsadları barədə fikirlərini paylaşıb. Kyivdəki məktəbdə otüstü hokkey məşqçisi olaraq çalışan Məlikova hərbi münaqişənin uşaqlara psixoloji təsirləri haqda danışıb.