Müharibənin ilk günlərindən Rusiya qoşunlarının əsas hədəflərindən biri Ukraynanın Kriviy Roq şəhəri olub. Bu şəhəri tutmaq Rusiya üçün həm də rəmzi məna kəsb edirdi. Çünki Ukrayna Prezidenti Volodimir Zelenski bu şəhərdə doğulub.
Ukraynanın Mikolayev şəhərində yerləşən admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin müəllim və tələbələri ölkənin müdafiəsində çox fəal şəkildə iştirak edirlər. Universitetin müəllimləri zərərçəkmiş insanlara və orduya dəstək məqsədi ilə müxtəlif kampaniyalar təşkil edir.
Azərbaycanlı Andrey Abbasovun adı Ukraynanın Nikolayev şəhərindəki döyüşçülər arasında çox məşhurdur. Əslən Naxçıvandan olan Andrey müharibənin ilk günlərindən Nikolayevin müdafiəsinə qoşulanlar sırasındadır.
Həftəsonu Rusiya Silahlı Qüvvələri növbəti dəfə Kyivə raketlərlə hücum edib. Rəsmilərin verdiyi məlumata əsasən ümümilikdə paytaxta 50-yə yaxın raket zərbəsi endirilib. Atılan raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb. İdrak Camalbəyli hadisə yerindən xəbər verir.
Ukrayna ordusunda Rusiyaya qarşı döyüşən əslən azərbaycanlı döyüşçülər az deyil. Samirə Moroz da məhz onlardan biridir. Amerikanın Səsinin əməkdaşları Mikolayev şəhərində olarkən Ukrayna ordusu tərkibində Rusiyaya qarşı döyüşən azərbaycanlı Samirə Morozla görüşüb.
Amerikanın Səsinin əməkdaşları bu dəfə Donbasda olan hərbi hissənin "Şturm" batalyonuna baş çəkib. Hərbçilər döyüşlərə necə qoşulduqları, müharibə bitdikdən sonra nə edəcəkləri barədə fikirlərini bölüşüb.
Ukraynada Azərbaycan diasporunun üzvü Firudin Məmmədov Rusiyanın hərbi təcavüzü dövründə Ukraynada yaşayan azərbaycanlılara, həm də yerlə-yeksan edilmiş kənd və şəhərlərin sakinlərinə dəstək olub.
Ukraynanın Baxmut şəhərinin Rusiyanın işğalından azadolunması əməliyyatında iştirak edən və döyüşlərdə yaralanan azərbaycanlı Rəhim Babayev yenidən cəbhəyə yollanıb.
Hostomel Ukraynanın paytaxtı Kyiv şəhərindən 30 kilometr aralıda yerləşir. Rusiya Ukraynaya hərbi təcavüz etdiyi ilk gün öz desantlarını burada yerləşdirmişdi.
Rusiya-Ukrayna müharibəsində adı çox çəkilən şəhərlərdən biri də Xarkov vilayətinin İzyum şəhəri idi. Müharibənin ilk günlərindən hücuma məruz qalan bu şəhər uzun müddət Rusiyanın işğalı altında qalıb. Ukrayna üçün strateji əhəmiyyət daşıyan İzyum keçən il sentyabrın 11-də işğaldan azad olunub.
Vadim Dzyuqan Ukraynada çox məşhur simalardan sayılır. Nikalayev şəhərində doğulub boya başa çatan Vadim Ukraynada idmançı, jurnalist, həm də peşəkar hərbçi kimi tanınır. Dzyuqan Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə doğma Nikolayev şəhərinin müdafiəsində xüsusi ad çıxarıb.
Ukraynanın Kremençuk şəhərində yaşayan Ruslan Kərimov peşəkar rəqqasdır. Əslən Azərbaycanın Yevlax rayonundan olan Ruslan Kremençukda anadan olub təhsilini və peşakar rəqsdə ilk addımlarını bu şəhərdə atıb.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, cümə axşamı Rusiyanın Ukraynanın paytaxtı Kyivə raket hücumu nəticəsində azı 3 nəfər ölüb. Ukrayna ordusu Rusiya tərəfindən atılan 10 ədəd qısamənzilli raketin hamısının qarşısının alındığını bildirib. Əməkdaşımız İdrak Camalbəylinin reportajını təqdim edirik.
Son günlər Rusiya ordusu tərəfindən Ukraynaya qarsı hava hücumlarının sayı artıb. Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərinə növbəti dəfə genişmiqyaslı raket hücumu həyata keçirib. Kyiv, Odessa, Xarkiv və Dnepr şəhərlərinə raket və İran istehsalı kamikadze dronları atılıb.
Rusiyanın Ukraynada başladığı müharibə qəhrəmanları və qurbanları təkcə hərbçilər deyil. Müharibə başlayan gündən Ukraynada çoxlu sayda tibb işçisi yaralanıb və ya həlak olub. Əməkdaşımız İdrak Camalbəylinin Donetsk vilayətinin Kramatorsk şəhərindən reportajını təqdim edirik.
Hazırda müharibə şəraitində olan Ukrayna paytaxtı Kyivdə 28 may-Respublika Günü qeyd olunub. Paytaxtda yerləşən ticarət mərkəzlərinin birində baş tutan tədbirdə şərqdə ilk demokratik respublikanin qurulmasının 105 illiyi münasibətilə bayram konserti təşkil olunub.
Ukraynada Rusiya ordusunun insanlıq əleyhinə bəlkə də ən böyük cinayələri Kyiv vilayətinin İrpin, Buça və Qostomel şəhərlərində törədilib. Əməkdaşımız İdrak Camalbəyli müharibənin ilk günlərində işğal olunan bu şəhərlərdə olub.
Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda Ukraynada yaşayan azərbaycanlılar da müharibədə döyüşməyə başlayıb.Azərbaycanlılar Rusiya-Ukrayna müharibəsində qəhrəmanlıq göstərərək döyüşürlər. Əslən Füzulidən olan Şaxbaz Kuliyev müharibənin ilk günüdən könüllü olaraq orduya qoşulub.
Donetsk vilayəti Rusiya-Ukrayna müharibəsində döyüşlərin ən qızğın getdiyi məkan sayılır. Amerikanın Səsi üçün hazırladığı reportajda İdrak Camalbəyli təmas xəttinə yaxın olan Donetsk vilayətinin Yampil və Zakotnoye yaşayış məntəqələrində baş vermiş dağıntılarla tanış olub.
Rusiyanın hərbi təcavüzündən ən çox zərər görən şəhərlərindən biri Donetsk vilayətinin Liman şəhəridir. Limana gedən yolun kənarı ilə uzanan meşəlik ərazilər atılan raket və digər mərmilər nəticəsində yanaraq kül olub. Amerikanın Səsinin əməkdaşı İdrak Camalbəylinin Liman şəhərindən repotajı.
Daha çox yüklə