“Əlimizdə nəticələrin ləğv edilməsinə kifayət edəcək qədər pozuntu faktları var”
Your browser doesn’t support HTML5
Parlamentə namizəd Səməd Rəhimli Amerikanın Səsinə müsahibəsində 9 fevral növbədənkənar parlament seçkilərinin necə keçirilməsi, baş vermiş hüquq pozuntuları və atılacaq növbəti addımlar haqqında fikirlərini bölüşüb. Cənab Rəhimlinin sözlərinə görə, məntəqə seçki komissiyalarının elan elədiyi nəticələrlə yekun protokollar arasında kəskin fərqlər var. O əlavə edib ki, bütün bu pozuntu faktları kifayət qədər ciddidir və nəticələrin lğv edilməsi üçün kifayətdir. Bu pozuntuları görmək və ya buna kor olmaq isə artıq MSK-nın verəcəyi qərardır.