Zabrinski nöqtəsi və vadidə səhər yeməyi
Your browser doesn’t support HTML5
Ölüm Vadisinin ən görülməli yerlərindən biri də Zabrinski nöqtəsidir. Günəşin ilk şualı bu ərazini göy, qırmızı və sarı rəngin müxtəlif çalarlarına bürüyür. 3-5 milyon il bundan əvvəl mövcud olmuş gölün altında baş verən vulkanik hadisələr nəticəsində yaranmış bu yer 20-cu əsrin əvvəllərinə qədər boraks emal edilən mədənlər olaraq fəaliyyət göstərmişdi.