Yürüş Mehrəlibəylinin yaşadığı Culfa şəhərindəki həbsxanaya köçürülməsi tələbi ilə razılaşıblar
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 36 gün Təbrizin mərkəzi zindanında aclıq edən fəal Ayət Mehrəlibəyli (Yürüş) mayın 21-də aksiyanı dayandırıb.
“Media forum” saytının məlumatına görə, fəal mayın 21-də ailəsinə zəng vuraraq deyib ki, zindan rəhbərliyi onun yaşadığı Culfa şəhərindəki həbsxanaya köçürülməsi tələbi ilə razılaşıb. Fəalın aclıq nəticəsində xeyli zəiflədiyi, mədə ağrısından və səhhətində yaranmış bəzi nasazlıqdan əziyyət çəkdiyi bildirilir.
Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Ayət Mehrəlibəyli İran təhlükəsizlik qurumlarının onun və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq aprelin 15-dən aclıq edirdi.
Ayət Mehrəlibəyli qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 9 il həbsə məhkum edilib. Təşkilatın digər üzvləri Lətif Həsəni, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə də eyni ittihamlarla 9 il iş alıblar.