Azərbaycan Respublikasında fəaliyyət göstərən Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatının təşəbbüsü ilə bir qrup azərbaycanlı gənc Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) İcraiyyə Komitəsinin üzvü Yürüş Mührəlibəyli başda olmaqla həbsdə aclıq aksiyası keçirən güneyli milli - mədəni fəallara müraciət qəbul edib.
Sənəddə deyilir ki, onların milli haqlar uğrunda apardığı iradəli, və qətiyyətli mübarizə yüksək qiymətləndirilir. “Lakin fars rejimi həmişə olduğu kimi sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirir. Biz, sizin fiziki durumunuzun ağırlaşmasından xeyli narahatıq. Haqq uğrunda aparılan mücadilə mütləq qələbə ilə nəticələnəcəkdir. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizədə millətimizə çox lazımdır. Bütün bunları nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq”, bəyanatda qeyd edilir.
Bəyanatı 253 gənc fəal imzalayıb.