Kiyevdə sabiq baş nazir Yuliya Timoşenkonun vəzifəsindən sui-istidafə etdiyinə dair məhkəmə prosesini aparan hakim onun həbsinə dair tələbi qəbul etməyib. Rodion Kireev Timoşenkonun qanuni pozduğu və prosesi ləngitldiyi ilə razılaşsa da, həbsin yalnız son ölçü olduğunu bildirib. Ukrayna müxalifətinin lideri Timoşenkoya qarşı 2009-cu ildə Rusiyadan qaz idxalına dair razılıq əldə etməklə, vəzifəsindən sui-istifadə etdiyinə dair ittiham irəli sürülüb. İttihamnamədə bunun Ukraynaya sərf etmədiyi deyilir. ABŞ Timoşenko və digərlərinin mühakiməsin n siyasi motivlərə əsaslandığını bildirir.