Accessibility links

Yuliya Timoşenkonun məhkəməsi təxirə salınıb


Yuliya Timoşenkonun məhkəməsi təxirə salınıb
Yuliya Timoşenkonun məhkəməsi təxirə salınıb

Ukraynada hakim müdafiəyə kifayət qədər vaxt verilməsi üçün keçmiş baş nazir Yuliya Timoşenkonun işi ilə bağlı məhkəmənin təxirə salınması haqda bu gün qərar çıxarıb. Xanım Timoşenko yeni vəkilin işlə əlaqədar sənədlərlə tanış olması üçün məhkəmənin bir neçə həftəyə təxirə salınması haqda müraciət edib.

Məhkəmə iyulun 6-da yenidən ilə başlamalıdlr. Xanım Timoşenko jurnaslistlərə 24 saat güdüldüyünü deyib.

Keçmiş baş nazir 2009-cu ildə Rusiya və Ukrayna arasında təbii qaza dair mübahisəyə son qoymaq üçün Rusiyanın Baş naziri Vladimir Putinlə müqavilə imzalayarkən vəzifəsindən sui-istifadə etməkdə ittiham edilir. Xanım Timoşenko ittihamları rədd edir və təkidlə bildirir ki, keçmiş rəqibi olan prezident Viktor Yanukoviç onu siyasi səhnədən uzaqlaşdırmaq istədiyi üçün məhkəmə siyasi xarakter daşıyır.

ABŞ Dövlət Departamenti Yuliya Timoşenko və digər müxalif siyasətçilərin işini yaxından izləyəcəyini bəyan edib.

XS
SM
MD
LG