Yuliya Timoşenko yeni ittihamlarla üzləşib

  • Amerikanın səsi

Yuliya Timoşenko yeni ittihamlarla üzləşib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko pulların mənimsənilməsi, oğurluq və vergilərdən boyun qaçıqmaq ittihamları ilə üzləşib. Bu, həbsdə olan Timoşenkoya qarşı qanuni ittihamların sonuncusudur.

Ukraynanın Dövlət Vergi Administrasiyasının bildirdiyinə görə, xanım Timoşenko 1990-cı illərdə Ukraynanın energetika şirkətinə rəhbərlik etdiyi vaxt 6 milyon dollar məbləğində vergidən yayınıb.

Ötən ay Yuliya Timoşenko vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.