Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko və vəkili onun hakimiyyətindən sui-istifadə ittihamı ilə apellyasiya məhkəməsini boykot edəcəyini bildirib. O, belə bir utandırıcı prosesdə iştirak etmək niyyətində olmadığını bəyan edib. Ukrayna prezidenti Viktor Yanukoviç Timoşenkonun azad edilməsinin əleyhinə olmadığını bildirib. Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılığı əldə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Ona qarşı bir sıra digər ittihamlar da irəli sürülüb.
Məhkəmə prosesi Ukraynanın qoşulmağa can atdığı Avropa İttifaqı ilə münasibətlərinə mənfi təsir göstərib.