Yollar məni səsləyir
Your browser doesn’t support HTML5
Beləcə yeni səfərə başlamaq üzrəyəm. Bu səfər digərlərindən bir qədər fərqli olacaq. Bu dəfə bir həftəlik və ya 10 günlük deyil, bir neçə ay boyunca yollarda olacam. Məqsədim ABŞ-ın ən möhtəşəm ideyası sayılan milli parkları gəzmək, görmək, tanımaqdır. ABŞ-da 61 milli park var və bunların hər biri digərindən özünəməxsusluğu, təbiəti, flora və faunasına görə fərqlənir. Bütün bu fərqlilikləri, gözəllikləri görə bilmək üçün öz avtomobilimlə uzun bir yola çıxıram. Qarşıdakı bir neçə ay boyunca ABŞ-ın xüsusən qərbində yerləşən milli parkları gəzməyə, kəşf etməyə və bunu sizlərə çatdırmağa çalışacam.