Yəmənin səhiyyə rəsmilərinin bildirdiyinə görə, Abyan vilayətində hava zərbələri nəticəsində 4 mülki vətəndaş öldürülüb, 12 nəfər xəsarət alıb. Yəmən ordusu vilayətin bir necə bölgəsini nəzarəti altına alan və Əl-Qaidə ilə əlaqəsi olan islamçı yaraqlılarla döyüşlər aparır. Rəsmilərin dediyinə görə, hökumət qüvvələri tərəfindən dünən vilayətin paytaxtı Zəncibar şəhəri yaxınlığındakı döyüşlər zamanı 9 yaraqlı öldürülüb. Atışmalarda 4 yaraqlının yaralandığı bildirilir.