Yəməndə birlik hökuməti yaradılır

  • Amerikanın səsi

Yəməndə birlik hökuməti yaradılır

Yəmənin Səba dövlət xəbər agetnliyinin bildirdiyinə görə, vitse-prezident Əbdül-Rəbuh Mənsur Hadi prezident Əli Abdulla Salehə sadiq qüvvələrdən səlahiyətləri təhvil almaq üçün birlik hökuməti yaradması barədə qərar qəbul edib. Hökumətin təşkili yenicə təyin edilmiş baş nazir Məhəmməd Basindvaya həvalə edilib. Birlik hökuməti Körvəz ölkələrinin razılığına əsasən təşkil edilir. Razılıq ötən ay Abdulla Saleh tərəfindən imzalanmışdı. Nazirlər kabineti Salehin tərəfdarları və müxalifət arasında bərabər bölünəcək.