Əyman Əl-Zəvahiri Əlcəzairi hökumətlərini devirən Yaxın Şərq ölkələrindən örnək almağa çağırıb

  • Amerikanın səsi

Əyman Əl-Zəvahiri Əlcəzairi hökumətlərini devirən Yaxın Şərq ölkələrindən örnək almağa çağırıb

Əl-Qaidə lideri Əyman Əl-Zəvahiri Əlcəzairi hökumətlərini devirən Yaxın Şərq ölkələrindən örnək almağa və Liviyada islam dövləti qurulmasına çağırıb. İslamçıların veb səhifəsində yayımlanan 13 dəqiqəlik çağırışı zamanı Əl-Zəvahiri deyib ki, Əlcəzair Tunis və Liviyadan nümunə götürməlidir. Əl-Qaidə lideri avqust ayında 8 israillinin öldürülməsi ilə nəticələnən hücumu təqdirəlayiq adlandırıb.
İyul ayında Zəvahiri mesajında Suriyanın demokratiya hərəkatına həmrəyliyini bildirmişdi. Əl-Qaidənin Ərəb baharı hərəkatına təsiri barədə demək olar ki, dəlil yoxdur.