Bugünkü hərbi təlimlər Koreya yarımadasından 120 kilometr şərqdə həyata keçirilib
ABŞ və Cənubi Koreya hərbi gəmiləri Yapon dənizində birgə təlimlərin 3-cü günündə dənizə bombalar atıblar. Cənubi Koreya müdafiə rəsmilərinin sözlərinə görə, hədəf Şimali Koreya gəmisini simulyasiya edən sualtı gəmi olub. Bugünkü hərbi təlimlər Koreya yarımadasından 120 kilometr şərqdə həyata keçirilib. ABŞ admiralı Dən Kloyd Amerikanın səsinə bildirib ki, qırıcı təyyarə daşıyan USS George Washington gəmisinin təlimlərə qoşulması Şimali Koreyanı aqressiv addımlar atmaqdan çəkindirə bilər. Qeyd edək ki, birgə hərbi təlimlər Cənubi Koreyanın gəmisinin batırılmasında Şimali Koreya ittiham olunandan sonra keçirilir.