ABŞ və Cənubi Koreya hərbi gəmiləri və vertolyotları bu gün sualtı-qayıq əleyhinə təlimləri davam etdirirlər. İkinci gün keçirilən mühüm təlimlər Şimali Koreyanın mümkün təcavüzünün qarşısını almaq məqsədi daşıyır. Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, təlimlərdə düşmən sualtı-qayıqlarına hücum və savaş təyyarələri eskadrilyasından həqiqi güllələrlə düşmənə atəş açılması məşq edilib. “Məğlubedilməz Ruh” başlığı altında keçirilən təlimlər çərşənbə gününə qədər 20 gəmi, sualtı-qayıq və USS Corc Vaşınqton adlı təyyarədaşıyan nüvə gəmisi daxil olmaqla, 8000 ABŞ və Cənubi Koreya qoşunlarının iştirakını əks etdirir. Təlimlərdə iştirak edən 200 təyyarə arasında F-22 Raptorlar var. Radardan yayınan döyüş təyyarələri ABŞ hərbi hava qüvvələrinin ən müasir təyyarələridir. Corc Vaşınqton gəmisinin komandanı Kapitan Devid Lausman bildirib ki, Şimali Koreyanın törətdiyi təhlükə onun gözlənilməzliyindən qaynaqlanır.
ABŞ və Cənubi Koreya hərbi gəmiləri və vertolyotları bu gün sualtı-qayıq əleyhinə təlimləri davam etdirirlər
İkinci gün keçirilən mühüm təlimlər Şimali Koreyanın mümkün təcavüzünün qarşısını almaq məqsədi daşıyır