Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir
Yanvarın 28-30-da Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti 35-ci iclası keçiriləcək.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.
Xəzərin hüququ statusu ilə bağlı danışıqlar 1990-cı illərin ortalarında başlanıb. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində beştərərli danışıqlar isə 2003-cü ildən başlayıb.