Nazir müavinlərinin 33-cü görüşündə Xəzərin hüquqi statusu ilə bağlı sənəd layihəsi üzərində iş davam etdiriləcək
Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun nazir müavinləri səviyyəsində 33-cü görüşü başlayıb.
İki günlük görüşdə Xəzərin statusuna dair Konvensiya layihəsi müzakirə olunur.
Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı ölkə prezidentinin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə, Türkmənistanı isə prezident yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin sədri Murad Atacanov təmsil edir.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusunu tamamilə razılaşdırmaq üçün çox vacib məsələlər var ki, bunlar da təhlükəsizliyə, Xəzərin su səthinin istifadə məsələlərinə aid problemlər, Xəzərin mineral ehtiyatlarının istifadəsi və dibinin bölünməsi, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı məsələlərdir.
“Bu sırada ekoloji məsələləri də qeyd etmək istərdim. Xüsusilə bioloji resursların istifadə olunması və qorunması ilə bağlı saziş layihəsinin tezliklə razılaşdırılmasının başa çatdırılması, onun qəbul olunması Xəzəryanı ölkələrin qarşısında duran vacib və prioritet məsələdir”.
Nazir müavini nümayəndə heyətlərinə bir daha xatırladıb ki, Bakı sammitində imzalanmış, qəbul olunmuş təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin ratifikasiya prosesinin məhsuldar başa çatdırılması istiqamətində işlər davam etdirilməlidir.
X.Xələfov eyni zamanda, işçi qruplarının iclaslararası çoxtərəfli və ikitərəfli məsləhətləşmələrin əhəmiyyətli olduğunu qeyd edib.
Eyni zamanda Xəzərin ekologiyasına həsr olunmuş konvensiyanın qəbul olunmasının növbəti ildönümü olduğunu xatırladan nazir müavini bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq normal vəziyyətdə inkişafda olduğnu bildirib. .
Bununla belə o, Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin sahilyanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirildiyini, bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlərin bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət etdiyini deyib.
“Xәzәryanı ölkәlərin arasında strateji әhәmiyyәt daşıyan iqtisadi layihәlәr bütün Xәzәryanı ölkәlәrin vә onların xalqlarının gәlәcәk inkişafına imkan verәcәk", o qeyd edib.
Xatırladaq ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Konvensiya layihəsi üzrə danışıqlar uzun illərdir aparılır. Azərbaycan, Qazaxıstan və Rusiya dənizin dibinin bölgüsü ilə bağlı mövqelərini razılaşdırıblar. Bu ölkələr dənizin dibinin modifikasiya edilən orta xətt üzrə bölünməsi, dənizin səthinin isə ümumi istifadə olunması barədə razılığa gəliblər.
İran dəniz səthinin 20%-nin verilməsini tələb edir. Türkmənistan orta xəttin müəyyən olunması ilə bağlı Azərbaycanla razılığa gələ bilmir. Bu səbəbdən iki ölkə Xəzərdəki mübahisəli neft və qaz yataqlarını bölə bilmir.