Prezident İlham Əliyev iyunun üçüncü ongünlüyündə Brüsselə səfər edəcək. Bu barədə iyunun 5-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia Bakıda keçirilən 20-ci Beynəlxalq Caspian Oil & Gas konfransındakı çıxışında bildirib.
Onun sözlərinə görə, səfər Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun dəvəti ilə baş tutacaq.
“Hesab edirəm ki, bu görüş bizi Cənub qaz dəhlizi məsələsində irəliyə aparacaq. Əldə etdiyimiz məlumata görə, qərarların qəbul olunması prosesi gedir və 2019-cu ilin əvvəlinə kimi ilk qazı alacağımıza ümid edirik”, - Kobia bildirib.
“Yaxın həftələrdə Azərbaycan qazının Avropaya nəqlinin yekun marşrutu, oktyabrda isə Cənub qaz dəhlizinə investisiyalar üzrə yekun qərarlar qəbul olunacaq”, - Kobia vurğulayıb.
Aİ nümayəndəsinin sözlərinə əsaslanaraq güman etmək olar ki, rəsmi Bakı Azərbaycan qazının Avropaya nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu tərəfindən marşrutun seçilməsini Brüsseldə təntənəli şəraitdə bəyan edəcək.
Xəzər regionundan Avropa bazarlarına “mavi yanacaq” nəql edəcək
Cənub qaz dəhlizinin əhəmiyyətinə toxunan Aİ nümayəndəsi xüsusilə qeyd edib ki, “bu, proyekt deyil, konkret imkanlar və potensialdır”.
O deyib ki, Azərbaycan Cənub qaz dəhlizində aparıcı ölkədir. Azərbaycanın “Şahdəniz” yatağından işlənmənin ikinci mərhələsi çərçivəsində qaz 2019-cu ilin əvvəlində Avropaya nəql ediləcək ilk qaz olacaq. Lakin biz Cənub qaz dəhlizinə çoxmərhələli layihə kimi baxırıq. Ümid edirik ki, bu boru kəməri Azərbaycanın digər yataqlarından da qaz alacaq, həmçinin Türkmənistan və Şimali İraq qazını cəlb edəcək”, - Aİ nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, bu kontekstdə “regionda qaz nəqli üçün daha miqyaslı və şaxəli infrastrukturun inşası qaçılmazdır”. “Biz bundan irəli gələrək Transxəzər qaz kəmərinin tikintisi üzrə Azərbaycan və Türkmənistanla danışıqları davam etdirəcəyik. Ümid edirik ki, bu sahədə razılaşmaya nail olacağıq”, - Kobia bildirib.