Aprelin 30-da Təbrizdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi və sürücüsü həbs edilib
İran tərəfi hələ də Azərbaycan vətəndaşlarının həbsinin səbəblərini açıqlamayıb. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 30-da Təbrizdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun həbsinin səbəblərini jurnalistlərə şərh edərkən bildirib.
“Əgər Azərbaycan vətəndaşlarının günahı yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün bütün tədbirləri görəcək”, - nazir müavini əlavə edib.
Onun sözlərinə görə, Tehrandakı diplomatik missiya Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirmək üçün İran hakimiyyətinə müraciət edib.
Xatırladaq ki, Azərbaycan vətəndaşları İranın ETTELAT xüsusi xidməti tərəfindən saxlanılıb.
İran Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirildiyini bildirib.
“Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır”.