Fevralın 5-də jurnalist Xədicə İsmayılovanın həbsdə saxlanılmasının üçüncü ayı başlayıb. Bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalistləri müdafiə təşkilatının xüsusi bəyanatında deyilir.
Sənəddə xatırladılır ki, İsmayılova 5 dekabr 2014-cü il tarixində saxta özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.
“Sərhədsiz Reportyorlar” Azərbaycanda qapalı mövzu olan korrupsiya faktlarını araşdırmaq cəsarətinə görə həbs edilmiş İsmayılovanın dərhal azad edilməsi çağırışını təkrar edir.
“Sərhədsiz Reportyorlar” həmçinin İsmayılovanın müdafiəsi üçün petisiyanı imzalamağa çağırır: http://rsf.org/petitions/ismailova/petition.php?lang=en.