Accessibility links

Jurnalistlərin Müdafiə Komitəsi Seymur Həzi və Xədicə İsmayılovanı azad etməyə çağırır


 Logo of CPJ
Logo of CPJ

Bu barədə təşkilatın bəyanatında deyilir

Mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata qarşı təzyiqlərə və təqiblərə son qoymağa çağırıb.

Komitənin bəyanatında “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin barəsində dünənki hökm və Xədicə İsmayılovanın həbs müddətinin uzadılması pislənilir.

“Biz jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmaması barədə Azərbaycan hakimiyyətinin fikirləri ilə razı deyilik.

Biz İlham Əliyevi tənqidə görə repressiyalara son qoymağa, Seymur Həzini, Xədicə İsmayılovanı və həbsdə olan digər jurnalistləri azad etməyə çağırırıq”, komitənin bəyanatında deyilir.

Yanvarın 29-da Abşeron Rayon Məhkəməsi jurnalist Seymir Həzini 5 il müddətinə azadlıqdan məhrum edib. O, xuliqanlıqda ittiham olunur.

S.Həzi AXCP üzvüdür və Türkiyə ərazisilə yayımlanan “Azərbaycan saatı” İnternet TV-nin əməkdaşıdır.

Yanvarın 27-də isə Səbayel Rayon Məhkəməsi jurnalist Xədicə İsmayılovanın barəsində həbs müddətini 1 ay 19 gün uzadıb.

O 2014-cü il dekabrın 5-də ölüm həddinə çatdırma kimi ittihamla həbs olunub.

Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG