Xədicə İsmayılın evində axtarış başa çatıb (Yenilənib)

Jurnalist Xədicə İsmayılova və vəkil Elton Quliyev

Хədicə İsmaylın evinda axtarış başa catıb. Axtarış nəticəsibdə 58 bədii film məzmunlu disk, modem və vizit kartları götürülüb.

***

Dekabrın 6-da yerli vaxtla saat 14 radələrində Bakı şəhər Prokuroluğunun əməkdaşları, polis və çoxsaylı mülki geyimli şəxslər Xədicə İsmayılın yaşadığı evdə axtarış aparmaq üçün gəlib. Bu zaman evdə bloger Mehman Hüseynov olub.

Mehman Hüseynov Amerikanın Səsinə bildirib ki, təzyiqlər etsələr də evin açarını prokurorluğun əməkdaşlarına verməyib.

“Onlar 5-6 avtomobillə gəlib, 30 nəfərə yaxındırlar. Hazırda evin qarşısında durublar. Mən demişəm ki, evin açarını verməyəcəm. Vəkil gələndə açarları vəkilə təqdim edəcəm. Açarı almaq üçün təzyiq etdilər və açarı vermədim. Dedim istəyirsiniz qapıları qırın, ya da vəkilin gəlməsibni gözləyin”, o qedy edib.

Dekabrın 5-də Səbael rayon Məhkəməsi jurnalist Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hakimlər üç saatdan çox müşavirədə qalıb və yalnız bundan sonra qərarı elan ediblər.

Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb.

Jurnalist ittihamı qəbul etmir və peşə fəaliyyəti ilə izah edir.