Güneyli yazıçı və şair Susən Nəvade Rəzi vəfat edib

Susən Nəvade Rəzi (Foto: Sancaq dərgisinin İnstagram səhifəsindən)

Şair, jurnalist və folklor tədqiqatçısı Susən Nəvade Rəzi 60 yaşında Təbrizdə vəfat edib.

Azərbaycan Ədəbiyyat və İncəsənət saytı, İşıq, şairin martın 16-da xərçəng xəstəliyi səbəbilə öldüyünü açıqlayıb.

Azərbaycanlı jurnalist və milli fəal İbrahim Rəşidi Savalan Nəvade Rəzini məhsuldar şair və yazıçı adlandıraraq, onun 35 il ərzində davamlı olaraq yazdığını və qalıcı əsərlər yaratdığını qeyd edib.

Nəvade Rəzi Elbilimi dərnəyinin müdiri və Sancaq dərgisinin baş yazarı idi. Susən Nəvade Rəzinin habelə musiqi sahəsində də fəaliyyət göstərdiyi bildirilir.

Susən Nəvade Rəzinin Azərbaycan türkcəsində "Günlərin bir günündə", "Təbrizim kimi", “Arzuların gülşən bağı”, “Muncuq hekayələri” və bir neçə digər kitabı nəşr edilib.