“Washington Post” qəzetinin bugünkü nömrəsində Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nəmizədliyi ilə əlaqədar redaktor məqaləsi dərc edilib. “İki demokrat senator səfirin təyinatının qarşısını almaqla ABŞ-ın maraqlarını risk qarşısında qoyur” başlıqlı məqalədə deyilir ki, iki demokrat Dövlət Departamentinin bacarıqlı, yüksək vəzifəli diplomatının qaynar Qafqaz regionunda yerləşən neftlə zəngin, strateji əhəmmiyyətə malik olan Azərbaycana yüksək keyfiyyətlərə malik nüfuzlu diplomatın səfir təyin olunmasının qarşısını alır. Məqalədə Kaliforniyadan senator Barbara Bokserin noyabrda keçiriləcək seçkidə yenidən senator seçilə bilmək üçün çətin bir mübarizə ilə üzləşdiyi cənab Menendez isə Demokratların Senat seçki kampaniyasının rəhbəridir.
Məqalədə deyilir ki, çoxu Kaliforniyada yaşayan Amerika ermələrini təmsil etdiyini irəli sürən Amerika Erməni Milli Komitəsi adlı yararsız lobbiçilik təşkilatı iki senatorun bu fəaliyyətini alqışlayır. Çərşənbə günü həmin komitə yaydığı e-maildə bildirdi ki, Kaliforniyadan senator Bokser Senatın Xarici Əlaqələr Komitəsinin Metyu Brayzanın namizədliyini təstiq etməsindən sonra məsələnin Senatın gündəliyinə çıxarılmasının qarşısını almaq qərarına gəlib. Bu isə Brayzanın namizədliyinin Senat tərəfindən yaxın günlərdə təstiq olunmasının qarşısını ala bilər. Senator Menendez də ona qoşulub.
“Washington Post” qəzetinin redaktor məqaləsində yazılır ki, cənab Brayzanın siyasi mübarizənin hədəfinə çevrilməsi qeyri-adi bir haldır. O, həm respublikaçılar, həm də demokratlar tərəfindən hörmət edilən bir diplomatdır. Cənab Brayza prezidentin Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentində 13 il Qafqazda ABŞ-ın maraqlarının inkişafı sahəsində fəaliyyət göstərib. O, eyni zamanda Azərbaycanla Ermənistan arasında sülhə nail olunması üçün vasitəçilik edən Minsk Qrupunda üç il vəzifədə olmuş, hər iki tərəfin hörmətini qazanmışdır. Qəzet yazır ki, tərəflərin hər ikisi də Brayzanın namizədliyini dəsdəkləyir.
Məqalədə yazılır ki, xanım Bokser iddia edir ki, Brayza Azərbaycanın Ermənistana qarşı artmaqda olan təcavüzkarlığına qarşı açıq şəkildə danışmaqdan boyun qaçırır. Senator Bokserin bu iddiası “gülünc” adlandırılan məqalədə yazılır ki, cənab Brayza hər bir namizəd kimi Dövlət Departamentinin göstərişlərinə əsasən hərəkət edir və sadəcə olaraq Obama administrasiyasının bəyanatlarını təkrarlayır. Administrasiya isə hər iki tərəfin zorakılığının əleyhinə olduğunu bildirir və münaqişənin qeyri-hərbi yolla həll edilə biləcəyini vurğulayır.
Məqalədə əsl məsələnin cənab Brayzanın sülhə nail olunmasında vasitəçi kimi rekordu önə çəkilir və deyilir ki, bu isə onu göstərir ki, Metyu Brayzanın təcavüzkarlığın qarşısını ala bilmə ehtimalı yüksəkdir.