Vətəndaşlarının hüquqlarını pozan iki rejim: Suriya və İran

  • Amerikanın səsi

Vətəndaşlarının hüquqlarını pozan iki rejim: Suriya və İran

Bu yaxınlarda ABŞ Dövlət katibinin Konqres qarşısında ifadə verən Yaxın Şərq məsələləri üzrə yardımçısı Ceffri Teltman öz vətəndaşlarının hüquqlarını pozan iki rejim haqda danışıb. “Bu ölkələrin əməlləri qəbuledilməzdir. İranın Suriya prezidenti Bəşar Əl-Əsədin dostu olması təsadüf deyil. Suriya da İranın yaxın dostudur. Onların heç birinin regionda müttəfiqi yoxdur”.

Cənab Feltman deyib ki, İranın ərəb ölkələrində nümayişçiləri dəstəkləyib, fundamental hüquqlara can atan xalqına qarşı dəmir yumruqdan istifadə etməsi ikiüzlülükdür. İranın ikiüzlülüyü dinc nümayişçilərə divan tutan Suriya hökumətinə yardım etməsində də özünü göstərir .

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə yardımçısı Maykl Pozner Suriya hökumətinin uşaqları belə hədəf aldığını deyib. O, uşaqlara işgəncələr verildiyini bildirib, 13 yaşlı Həmzə ƏL-Xatib adlı oğlan uşağının şikəst edildiyini deyib.

" 10yaşlı oğlan və 4 yaşlı qız Homs şəhəri ətrafındakı reydlər zamanı öldürülüb. İyul ayının 15-də 12 yaşlı Talha Dəlal adlı qız polis tərəfindən bağından güllələnib. Bu uşaqların dəhşət doğuran şəkilləri və cəsədləri gizlədilib" .

Avropa İttifaqı və Amerika bu rejimlərin aparıcı nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib. ABŞ bu səylərə digər ölkələri də qoşulmağa çağırır.

Feltman və Poznerin birgə bəyanatında deyilir ki, cəsarətli insanlar beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini bilməlidir. Dəməşq və Tehranda insan hüquqlarını pozanlar gözümüzün onların üstündə olduğunu bilməlidir.