Şənbə günü Kyiv vaxtilə saat 11 radələrində Amerikanın Səsinin Ukraynadakı müxbirləri İdrak Camalbəyli və Seymur Şıxəliyev Xerson şəhəri ilə Mikolayiv şəhəri arasında yerləşən Mirnaya kəndində Rusiya ordusunun qoyub getdiyi blindajda mina partaması nəticəsində xəsarət alıb.
Partlayış anları çəkiliş zamanı qeydə alınıb.
Your browser doesn’t support HTML5
“Biz Ukrayna könüllülərinin iştirakı ilə əvvəllər Rusiya Ordusunun işğalında olmuş Mirnaya kəndi yaxınlığındakı blindajda, köhnə təmas xəttində çəkiliş apararkən Rusiya Ordusunun qoyub getdiyi surpriz mina partladı. Buna Ukrayna könüllülərindən birinin təsadüfən surpriz minaya birləşmiş məftilə ayağının toxunması səbəb oldu. Mən və operator, Ukrayna könüllüsü qəlpə yarası aldıq. Qəlpə mənin ayağımı, operatorun qolunu və Ukrayna könüllüsünün üz nahiyyəsini yüngül yaralayıb. Yaxınlıqdakı kənddə bizə ilkin tibbi yardım götərdilər. Həyatımız üçün təhlükə yoxdur. Hazırda çəkilişmizi davam etdiririk,” Amerikanın Səsinin müxbiri bildirib.
Your browser doesn’t support HTML5
Rusiya qüvvələrinin vaxtikən işğal etdiyi ərazilərdə çox sayda minalar yerləşdirdiyi güman olunur. Bu minaların partlaması periodik olaraq həyat itkiləri və xəsarətlərlə nəticələnir.
İnsident baş verən zamanı Amerikanın Səsinin müxbirləri Mikolayiv və Xerson istiqamətlərində Rusiya işğalının fəsadlarını işıqlandırırdılar.
Cenevrə Konvensiyası mülki vətəndaşların çıxışı ola biləcəyi ərazilərdə mina və quraşdırılmış sürpriz bombaların yerləşdirilməsini qadağan edir.