Gənc fəallar parlamentin cərimələri artırmasına etiraz olaraq vətəndaş itaətsizliyinə başlayıb
Ötən həftənin sonunda məhkəmə icraçıları AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimliyə İsmayıllıda hüquqları pozulanlara dəstək məqsədilə yanvarın 26-da Bakıda keçirilmiş etiraz aksiyasında iştiraka görə məhkəmə tərəfindən kəsilmiş cəriməni 10 gün müddətinə ödəmələri barədə bildiriş təqdim edilib.
Gözəl Bayramlının yaşadığı evə Nərimanov rayon məhkəmə icraçıları gəlib və onun 2 min manat cəriməni ödəməli olduğu barədə xəbərdarlıq edib.
“Mənə bildirişi təqdim etdilər, 10 gün vaxt verdilər. 10 gündən sonra yaşadığım evin əmlakını məhkəməyə təqdim edəcəklər. İzahatımda yazdım ki, aksiyalarda iştiraka görə fantastik həddə cərimələrin tətbiqilə bağlı qanun və həmin qanun əsasında çıxarılmış məhkəmə qərarı qeyri-qanunidir. ”Vətəndaş itaətsizliyi" kampaniyasında iştirak edirəm. Biz kampaniya iştirakçıları olaraq, tətbiq edilən qanunun ləğvini tələb edirik”.
G.Bayramlı həmçinin adına hər hansı əmlakın olmadığını yazıb.
“Mən 1993-cü ildən işsizəm. Heç bir halda cəriməni ödəməyəcəm və hüquqi qaydada şikayət edəcəm”, o qeyd edib.
Etiraz aksiyasında iştiraka görə 500 manat cərimələnən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin isə Şəkidə yaşayan atasını yerli məhkəməyə çağırıblar:
“Atamı çağırıb 10 gün vaxt veriblər. Deyiblər ki, bu müddətdə pul ödənilməsə, evin əşyaları siyahıya alınacaq”, Sahib Kərimli bildirib.
Əsgər ölümünə etiraz məqsədi ilə yanvarın 12-də və Ismayıllıda hüquqları pozulanlara dəstək məqsədilə yanvarın 26-da keçirilən etiraz aksiyasında iştiraka görə 50-dən çox fəal cərimələnib. Gənc fəallar 5 qəpik aksiyası keçirib və cərimələrin bir qismi ödənilib. Lakin fəalların çoxu cərimələri ödəməkdən imtina edib. Parlamentin cərimələri artırmasına etiraz olaraq vətəndaş itaətsizliyi göstərir.
Məhkəmə icraçıları vətəndaş itaətsizliyi göstərənlərin evlərinə gələrək əşyalarını siyahıya alır.
Ötən həftə “NIDA” Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbərin və Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının yaşadıqları evə gələrək, mənzildəki əşyaları siyahıya alıblar. Həmçinin “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənlini məhkəməyə çağıraraq üzərində olan dostunun kompüterini və telefonunu müsadirə ediblər. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının İmişlidə yaşayan atasının evinə gələrək iki xalçasını aparıblar.