Accessibility links

İsa Qəmbərin əmlakı siyahıya alındı [Video]


Müsavat başqanı isa Qəmbərin ev əşyaları siyahıya alınıb
please wait

No media source currently available

0:00 0:01:33 0:00

(၆၇) ႀကိမ္ေျမာက္ အာဇာနည္ေန႔အခမ္းအနားမွာ ဂုဏ္ျပဳတပ္ဖြဲ႔ဝင္ စစ္သည္မ်ား ခရာမႈတ္အေလးျပဳေနၾကစဥ္ (ဓါတ္ပံု ခင္ေမာင္ဝင္း - ေအပီ)။

Məhkəmə icraçıları bundan öncə digər fəalların evlərində də əmlakı siyahıya almışdı

Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadirəsini həyata keçirir.

Bu aksiyada iştiraka görə 29 nəfər 300-600 manat həcmində inzibati cərimələrə məhkum edilib. Facebook vasitəsilə onların müdafiəsi üçün “5” qəpik” - cərimə üçün ianə toplama aksiyası keçirilib.

“Müsbət Dəyişiklik” gənclər təşkilatının idarə heyətinin üzvü Nərmin Rəhimli bildirib ki, ümumilikdə 13 min 600 manat toplanıb. Bu vəsait hesabına aksiyanın 24 iştirakçısının cərimələri ödənilib. Lakin 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər.

Buna görə qalan 3200 manat yaralanmış və ya həlak olmuş əsgərlərin ailələrinə paylanıb.

Bu gün məhkəmə icraçıları cərimənin ödənilməsi tələbi ilə Turqut Qəmbərin evinə gəliblər.

Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslının verdiyi məlumata görə, T.Qəmbərin atası İsa Qəmbər mənzilin ona məxsus olduğunu, oğlunun ümumiyyətlə bu ünvanda qeydiyyatda olmadığını bildirib.

Bununla belə, məhkəmə icraçıları əmlakı siyahıya alıblar. Bundan əvvəl məhkəmə icraçıları Abbaslının evində də əmlakı siyahıya almışdı.

Dünən məhkəmə icraçıları AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlının valideynlərinin evindən bir neçə xalını götürüblər.

“Azad Gənclik” Gənclər Birliyinin sədri Ülvi Həsənli küçədəcə saxlanılaraq, məhkəməyə gətirilib, burada onun üzərində olan “noutbuk” və mobil telefon alınıb.

Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyev bildirib ki, cərimə olunan şəxsin adına əmlak yoxdursa onun valideynlərinin, qardaşlarının və bacılarının əmlakını siyahıya almaq, satışa çıxarmaq düzgün deyil. Məsələn, Quliyevin beynəlxalq təşkilat tərəfindən müvəqqəti istifadə üçün ona verilmiş kompüteri əlindən alınıb, mobil telefonu isə dostuna məxsus idi. Onun sözlərinə görə, məhkəmə qərarının icra edilməməsinə görə 500 manat cərimə və ya 10 gün həbs nəzərdə tutulur. Yaxud da, CM-in 306-cı maddəsinə əsasən, 100 manatdan 3000 manata qədər cərimə, 160 saatdan 240 saata qədər ictimai işlər və ya 2 il islah işləri, yaxud da 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Həm də cinayət cəzası vətəndaşın inzibati cəzanın icrasından təkrarən imtina etdiyi halda tətbiq olunur.

Sözügedən fəallarla bağlı vəziyyətə gəlincə, onlardan əvvəlki cərimələrin ödənilməməsinə görə təkrarən cərimə tələb etmək məntiqsizlikdir. İctimai işlər haqqında norma isə, faktiki olaraq işləmir, çünki bu işlərin siyahısı yoxdur. Bu qədər çox sayda insanın cinayət məsuliyyətinə cəlb edilməsi hakimiyyət üçün böyük problemlər yaradar, belə ki, geniş beynəlxalq rezonans doğurar. Bu, təkcə cərimələrin qeyri-adekvat ölçüsünə deyil, həm də məhkəmə qərarlarının icrası məsələsində vətəndaşlar arasında ayrı-seçkiliyə də diqqət çəkəcək. Bir çox vətəndaşlar illərlə məhkəmə qərarlarının icrasını gözləyir. 50 belə iş üzrə artıq Strasburq Məhkəməsinin qərarı qəbul edilib, burada isə gənc fəallara qarşı qərarlar dərhal icraya yönləndirilib və siyasi səbəblər açıq-aşkar görünür, deyə ekspert bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG