ABŞ Konqresi İrana qarşı sanksiyaları sərtləşdirir

  • Amerikanın səsi

ABŞ Konqresi İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ Konqresi keçən ay İranın Vaşinqtonda Səudiyyə Ərəsbistanı səfirinə qarşı sui-qəsd cəhdinə dair iddialarla əlaqədar İrana qarşı sanksiyaları sərtləşdirir.

Bu gün Konqresin Nümayəndələr Palatasında ABŞ-ın İrana qarşı maliyyə, neft və nüvə sənayesi sahələrinə təsir göstərəcək sanksiyaların ciddiləşdirilməsi ilə bağlı qanun layihəsini təsdiq edib.

Qanun layihəsində İranın neft və qaz sənayeləri ilə əlaqədar olan hər hansı bir şəxsə ABŞ-a daxil olmaq üçün viza verilməməsi nəzərdə tutulur. Sənəddə İranın mərkəzi bankının qlobal maliyyə bazarları ilə əlaqələrin kəsilməsinin nəzərdə tutulduğu maddə var. Qanun layihəsində habelə İranın təhlükəsizlik qüvvələrinin təcrid edilməsi və hökumət əleyhdarı nümayişçilərin təşkilati və rabitə qabiliyyətlərinin artırılması nəzərdə tutulur.

İran Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsdilə əlaqədar iddiaları rədd edir.