Respublikaçılar prezidentliyə namizədi seçmək üçün diqqəti Kolorado və Minnesotaya yönəldir

  • Amerikanın səsi

Respublikaçılar prezidentliyə namizədi seçmək üçün diqqəti Kolorado və Minnesotaya yönəldir

Noyabr seçkisində prezident Barak Obamanın rəqibi olacaq namizədin müəyyən edilməsi üçün Respublikaçılar partiyasının növbəti seçkisi Kolorado və Minnesota ştatlarında keçiriləcək.

Respublikaçı iddiaçılar arasında irəlidə gedən Mitt Romni şənbə günü Nevada ştatında keçirilən kokusda əsas rəqibi olan Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Ginqriçdən iki dəfə artıq səs alaraq, qəti qəlbə çalıb. Romni qalibiyyət çıxışında diqqəti dərhal prezident Obamaya yönəldərək, prezidentin Nevada ştatında iqtisadi duruma əhəmiyyət vermədiyini bildirdi.

Çərşənbə axşamı Kolorado və Minnesota ştatlarında, sonra isə Meyn ştatında kokusların yaxınlaşması ilə Mitt Romni Respublikaçılar partiyasının vahid namizədi olmaq uğrunda mübarizədə yarışların lideri kimi çıxış edəcəyinə ümid bəsləyir.

Lakin Nyut Ginqriç yarışlardan çıxmaq haqda ehtimalları kənara ataraq, avqust ayında Florida ştatında Tampada Respublikaçıların qurultayına qədər mübarizə aparacağına söz verib.