İraqdan qayıdan Amerika əsgərləri vətəndə qarşılanır

  • Amerikanın səsi

İraqdan qayıdan Amerika əsgərləri vətəndə qarşılanır

ABŞ-ın başçılığı ilə İraq müharibəsinin sona çatması Vaşinqtonda hərbi bazada simvolik tədbir zamanı qeyd edilib.

ABŞ prezidenti Barak Obama və yüksək rütbəli hərbi rəsmilər ABŞ hərbi qüvvələrinin İraqda komandiri general Lloyd Ostini salamlayıblar. Prezident Obamanın tədbirdə çıxışı nəzərədə tutulmayıb.

ABŞ-ın Hərbi Qərargahlar rəisi general Martin Dempsi əsgərlər və onların ailələlərinə vətənə xidmətə görə təşəkkürünü bildirib. Müdafiə nazirinin müavini Eşton Karter deyib ki, təxminən 9 il davam edən səylərdən sonra İraq xalqı qarşısında yeni üfüqlər açılıb.

ABŞ əsgərlərinin sonuncu konvoyu İraqı bazar günü tərk edib. Bununla İraq diktatoru Səddam Hüseynin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş müharibəyə son qoyulub. Müharibə nəticəsində 4 min 500 Amerika əsgəri, on minlərlə iraqlı həlak olub. İraq müharibəsi ABŞ-a yüz milyardlarla dollar başa gəlib. ABŞ-ın hərbi personalının bir hissəsi Bağdadda Amerika səfirliyində işləməyə davam edəcək.