Accessibility links

İraqın baş naziri Tariq Əl-Haşeminin təhvil verilməsinə çağırıb


İraqın baş naziri Tariq Əl-Haşeminin təhvil verilməsinə çağırıb
İraqın baş naziri Tariq Əl-Haşeminin təhvil verilməsinə çağırıb

İraqın baş naziri kürd rəsmilərini hökumət rəsmisinin qətlində ittiham edələn Tariq Əl-Haşeminin təhvil verilməsinə çağırıb. Bu gün Bağdadda təşkil edilən mətbuat konfransında baş nazir deyib ki, Haşemi ədalət məhkəməsi qarşısına çıxarılmalıdır. Sünni Haşemi isə ittihamların siyasi motivlərə əsaslandığını deyir.

İraqın Daxili İşlər Nazirliyi Haşeminin üç cangüdəninin İraq hökuməti və təhlükəsizlik rəsmilərini hədəf alan bomba hücumunun arxasında durduğunu etiraf edib.

Hücum və Əl-Malinin çağırışı ötən həftə parlamentdə sünni siyasətçi, baş nazir müavini Saleh Əl-Mütləqin etimadsızlıq səsverməsindən sonraya təsadüf edir. Haşemi və Mütləqi İraqın sünni İraqiyə siyasi blokunun lideridir. Bu blok koalisya hökumətinin tərkibinə daxildir.

ABŞ-ın vitse-prezidenti Co Bayden İraq liderlərini siyasi fikir ayrılılqlarının həllinə çağırıb .Ağ Evin bildirdiyinə görə, Əl-Maliki ilə telefon söhbəti zamanı Bayden onu və İraqın digər yüksək səlahiyyətli rəsmilərini bir araya gəlib, fikir ayrılıqları barədə müzakirələr keçirməyə səsləyib. ABŞ-ın vitse-prezidenti Amerikanın İraqla uzunmüddətli strateji tərəfdaşlıq vədinə əməl edəcəyinə söz verib.

XS
SM
MD
LG