ABŞ-ın aparıcı qəzeti yazır ki, Vaşinqton və onun Avropada müttəfiqləri Tehranla mübahisəli nüvə proqramına dair danışıqların bir hissəsi olaraq, İrandan Qumdakı nüvə obyektinin dərhal bağlanması və onun tədricən sıradan çıxarılmasını tələb etməyi planlaşdırır.
Nyu York Tayms yazır ki, Qərb ölkələri yüksək səviyyədə zənginləşdirilmiş uran yanacağı istehsaklı və hazırda bu yanacaq ehtiyatlarının İrandan çıxarılmasının qarşısını almağa çağıracaq.
Qəzet ABŞ və Avropa diplomatlarına istinadən yazır ki, İranın buna necə cavab verəcəyi bilinmir və dipoomatlar bunu birinci görüşdə öyrənə biləcəklərini düşünür.
Dünyanın qüdrətli dövlətləri və İran arasında danışıqların cümə günü keçirilməsi nəzərdə tutulur. ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya İranın nüvə proqramı ilə bağlı mübahisəni həll etmək üçün danışıqlarda iştirak edən altı dövlətdir.
Qərb dövlətləri İranın atom silahları hazırlamağa çalışdığını bəyan edir. İran bu iddiaları rədd edərək, nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.